“UNEC Könüllülük Həftəsi”nə start verilib
Dekabrın 5-dən Azərbaycan Dövlət İqtisad Universitetində “UNEC
Könüllülük Həftəsi”nə start verilib.
Bu barədə Sizinxeber.az-ya "UNEC"dən məlumat verilib.
Bildirilib ki, dekabrın 11-dək davam edəcək olan layihənin məqsədi tələbələrdə
könüllülük mədəniyyətini daha da inkişaf etdirmək, onlara sosial
məsuliyyət anlayışını aşılamaq və ictimai fəallığı artırmaqdır. UNEC
Könüllülük Həftəsi, həmçinin, gənc nəslin sosial məsələlərə,
cəmiyyətin inkişafına və ümumi rifaha xidmət edən məsələlərə daha çox
diqqət yetirməsini hədəfləyir.
Həftə ərzində tələbələr müxtəlif tədbir və layihələrə qatılaraq,
könüllülük anlayışı, onun əhəmiyyəti və cəmiyyətə olan faydaları ilə
bağlı maraqlı məlumatlar əldə edəcəklər. Radio UNEC-də könüllülük
fəaliyyətlərinin uğurlu nümunələri və təcrübələri barədə xüsusi
proqramlar yayımlanacaq.
Layihə çərçivəsində tələbələr Heydər Əliyev Mərkəzinə ekskursiya
edərək, Ulu Öndərin çoxşaxəli fəaliyyəti və zəngin irsi ilə tanış
olacaqlar.
Könüllülük Həftəsində bilik və idman yarışları, eləcə də mütaliə və
esse müsabiqələri də təşkil olunacaq. Tələbələr yarışlarda iştirak
edərək, öz bilik və bacarıqlarını sınayacaq, eyni zamanda komandalar
arasında sağlam rəqabət mühiti formalaşdıracaqlar.
Oxşar xəbərlər
UNEC İnnovativ Gənclər Təşkilatı yaradılıb
UNEC-ə 600-dən çox bal toplayaraq qəbul olanların sayı 89 faiz artıb
Beynəlxalq Mühasiblər Federasiyasının (İFAC) prezidenti UNEC-də olub
UNEC-də 8 ixtisas üzrə keçid balı 600-dən yüksək olub
UNEC-in “Açıq qapı” günlərində 800-dən çox abituriyent iştirak edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













