Şagirdlər üçün "COP29-Azərbaycan Qlobal İqlim Dəyişmələrinə "Yox" Deyir!" elmi-praktik seminarı keçirilib
Nazim İsmayılov adına 80 saylı tam orta məktəbdə "COP29-Azərbaycan Qlobal İqlim Dəyişmələrinə "Yox" Deyir!" elmi-praktik seminar keçirilib.
"Sizinxeber.az" xəbər verir ki, elmi-praktik seminarın məqsədi qlobal iqlim dəyişiklikləri ilə mübarizə və COP29-un mahiyyətini şagirdlərə çatdırmaqdır.
Seminarda Azərbaycan ictimai-siyasi xadimi, Milli Məclisinin VI-VII çağırış deputatı, ilahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədov, Yap Sabunçu rayonunun sədri Araz Xudadanov, COP29-un beynəlxalq hüquqşünası Rauf Abbasov, Alpinizm Federasiyasının prezidenti İsrafil Aşurli, Vəkillər kollegiyasının üzvü, vəkil Aydan Rəhimli, BOHEMDA-nın Strateji təhlil və proqnozlaşdırma şöbəsinin aparıcı məsləhətçisi Rəvan Əzizov, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Əkbər Əsgərov, peşəkar jurnalist və ADU-nun jurnalistika fakültəsinin müəllimi Günel İlqar iştirak ediblər.
Layihə rəhbərləri Abbasova Rasimə, Sərdarlı Aytən, Qəhrəmanova Aynur:- "elmi-praktik seminarın milli-mənəvi dəyərlərin, şagirdlərin daxili dünyalarının zənginləşməsi baxımından çox böyük rol oynayacağını bildiriblər.
Şagirdlərin hazırladığı "tullantılardan sənətə"adlı yaradıcı yanaşmanı təcəssüm etdirən dəfilə təşkil olunub. Qonaqlar şagirdlərin suallarını cavablandırıb və tədbir ağacəkmə aksiyası ilə başa çatıb.
Oxşar xəbərlər
COP29 qlobal diqqəti cəmləşdirmək və iqlim fəaliyyətini sürətləndirmək üçün təşəbbüslərə başlayıb
Yaponiya İqlim Təşəbbüsü COP29 çərçivəsində dekarbonizasiya problemləri üzrə seminar keçirəcək
BMT-nin Qaçqınlar üzrə Ali Komissarının İqlim fəaliyyəti üzrə xüsusi məsləhətçisi ilə görüş keçirilib
Bakıda COP29 Sədrliyi çərçivəsində İqlim Dəyişmələri üzrə Hökumətlərarası Panelin təlim seminarı keçirilir
Muxtar Babayev Parlamentlərarası İttifaqın Baş katibi ilə COP29 ətrafında müzakirələr aparıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin











