Peşə məktəbləri üçün dərsliklərin hazırlanması qaydası təsdiqlənib
“Peşə təhsili müəssisələri üçün dərsliklərin, dərs vəsaitlərinin və digər tədris-metodik vasitələrin hazırlanması Qaydası” təsdiqlənib.
"Report" xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov imzalayıb.
Peşə təhsili müəssisələri üçün dərsliklərin, dərs vəsaitlərinin və digər tədris-metodik vasitələrin tərtibi zamanı aşağıdakı ümumi tələblər nəzərə alınmalıdır:
- təhsil proqramına (kurikuluma) uyğunluğu;
- materialların elmi etibarlılığı, dəqiqliyi, inkişaf-yönümlülüyü, peşəyönümlülüyü, dəyəryönümlülüyü, tərbiyə-yönümlülüyü;
- nəzəri biliklərin praktiki bacarıqlarla tamamlanması və əmək bazarının tələblərinə uyğunluğu;
- pedaqoji və metodiki yanaşmaların qabaqcıl nəzəriyyələrə, müasir tədris texnologiyalarına uyğunluğu;
- müasir informasiya-kommunikasiya texnologiyalarının nailiyyətlərinin nəzərə alınması;
- dizayn və tərtibatın məntiqliliyi, estetikliyi və müasirliyi;
- Azərbaycan qanunvericiliyinin tələblərinə uyğunluğu.
Qayda “Peşə təhsili haqqında” qanuna uyğun olaraq hazırlanıb. Peşə təhsili müəssisələri üçün ümumtəhsil dərsliklərinin, dərs vəsaitlərinin və digər tədris-metodik vasitələrin hazırlanması Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş “Ümumi təhsil müəssisələri üçün dərsliklərin, dərs vəsaitlərinin və digər tədris-metodik vasitələrin hazırlanması Qaydası”na uyğun olaraq həyata keçiriləcək.
Oxşar xəbərlər
Peşə məktəbləri üçün dərsliklərin hazırlanması qaydası təsdiq edilib
“Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı”nın verilməsi Qaydası və məbləği təsdiqlənib - CƏDVƏL
DİN-in taksi sərnişinlərinin sığortasına dair məlumatları əldə etməsi qaydası müəyyənləşib
Bakıda 175 məktəbəqədər təhsil müəssisəsində monitorinq aparılıb
Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı alacaq şəxslərin hansı xərcləri qarşılanacaq?
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













