Zaqatalada yeni məktəb binası istifadəyə verilib
Zaqatala rayonunun Muğanlı kəndində 432 şagird yerlik məktəb yeni tədris ili üçün hazır vəziyyətə gətirilib.
“Report”un Şimal-qərb bürosunun məlumatına görə, rayonun Muğanlı kəndində tikintisi başa çatan məktəb binası yeni tədris ilində istifadəyə verilib.
Bununla bağlı keçirilən tədbirdə Elm və Təhsil Nazirliyi İnsan resursları şöbəsinin müdiri Çapay Məmmədov, Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdiri Günay Mahmudova, Zaqatala Rayon İcra Hakimiyyətinin nümayəndələri, müəllimlər və şagirdlər iştirak ediblər.
Bildirilib ki, Muğanlı kənd tam orta məktəbi 432 şagird yerlik, üç korpus və üç mərtəbədən ibarətdir. Yeni tikilən məktəbin sinif otaqları lazımı avadanlıqlarla təchiz olunub, həyətyanı sahəsinə asfalt örtüyü çəkilib.
Oxşar xəbərlər
Balakəndə qəzalı vəziyyətdə olan məktəb üçün yeni bina tikilir
Bərdə, Quba və Ucarda məktəb açılışı olub
Masazırda yeni məktəb binası inşa olunur
Zaqatalada yol qəzası baş verib, xəsarət alanlar var
Regional Təhsil İdarəsi: İmişlidə yeni məktəb binasının tikintisinə başlanılacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin











