Nazir müavini: İqtisadi inkişafımız ən müasir tələblərə uyğun təhsil müəssisələri yaratmağa imkan verir
sizinxeber.az xəbər saytı

Nazir müavini: İqtisadi inkişafımız ən müasir tələblərə uyğun təhsil müəssisələri yaratmağa imkan verir


Ölkənin iqtisadi inkişafı ən müasir tələblərə uyğun təhsil müəssisələri yaratmağa imkan verir.

“Report”un yerli bürosunun məlumatına görə, bunu Naxçıvanda sentyabrın 10-da keçirilən təhsil işçilərinin sentyabr konfransından sonra jurnalistlərə açıqlamasında elm və təhsil nazirinin müavini Firudin Qurbanov deyib.

Nazir müavininin sözlərinə görə, 44 günlük müharibədən sonra təhsil Qarabağa da qayıdıb:

“Azad olunmuş bölgələrdə qısa müddət ərzində yeni məktəb binaları tikilib istifadəyə verilib. Fərəhləndirici haldır ki, onlar artıq fəaliyyətə başlayıb. Yeni məskunlaşan ailələrin uşaqları bu imkanlardan istifadə edirlər.

Bir neçə gündən sonra Xankəndidə Qarabağ Universitetinin açılışı olacaq. Hesab edirəm ki, bu, ölkəmiz üçün çox mühüm hadisədir. Ölkəmizin iqtisadi inkişafı yüksək səviyyədədir və bu da imkan yaradır ki, Qarabağda geniş infrastruktur layihələrini həyata keçirək, ən müasir tələblərə cavab verən təhsil müəssisələri yaradaq”.

F.Qurbanov muxtar respublika təhsil işçilərinin ənənəvi sentyabr konfransını da dəyərləndirib:

“Konfransın təşkilində əsas məqsəd Naxçıvanda təhsil sahəsində görülən işlər, aparılan islahatlar, əldə olunan nəticələr, eyni zamanda, gələcəkdə təhsil sisteminin qarşısında duran vəzifələri müzakirə etməkdir. Naxçıvanda təhsil konfransı səmərəli keçdi, qaldırılan məsələlər ətraflı müzakirə olundu”.

Oxşar xəbərlər

Xankəndidə Qarabağ Universiteti yaradılır - SƏRƏNCAM
Regional Təhsil İdarəsi: İmişlidə yeni məktəb binasının tikintisinə başlanılacaq
Microsoft Windows 12-nin veb versiyası üzərində çalışır
Təhsildə məzmun dəyişikliyi qısa müddət ərzində baş vermir - Nazir
Qarabağ Universitetinə qəbul planı təsdiqlənib, təhsil ödənişsiz olacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər