9 illik bazadan kolleclərə boş qalan plan yerləri üçün keçirilən müsabiqənin nəticələri açıqlanıb
sizinxeber.az xəbər saytı

9 illik bazadan kolleclərə boş qalan plan yerləri üçün keçirilən müsabiqənin nəticələri açıqlanıb


Dövlət İmtahan Mərkəzi (DİM) 2024/2025-ci tədris ili üçün ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə qəbul olunmaq üçün keçirilmiş müsabiqənin nəticələrini elan edib.

Bu barədə "Report"a DİM-dən məlumat verilib.

Bildirilib ki, abituriyentlər müsabiqənin nəticələri haqqında məlumatı DİM-in internet saytından və ya mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.

Müsabiqədə iştirak etmək üçün 2904 abituriyent ərizə təqdim edib. Onlardan 1441 abituriyent orta ixtisas təhsili müəssisəsinə qəbul olunub.

Qeyd edilib ki, orta ixtisas təhsili müəssisələrinin boş qalan (vakant) yerlərinə qəbul olunan abituriyentlər 10 – 17 sentyabr (saat 18:00-dək) tarixlərində portal.edu.az platformasında qeydiyyatdan keçməli və yaradılmış kabinetə daxil olduqdan sonra təqdim edilən xidmətlər sırasında “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçməlidirlər. Müəyyən olunan müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri orta ixtisas təhsili müəssisəsinə göndərilməyəcək.

Oxşar xəbərlər

Universitetlərin boş qalan plan yerlərinə və kolleclərə qəbulun nəticələri açıqlanıb
Rezidenturaya boş qalan plan yerlərinə qəbulun nəticələri açıqlanıb
Kolleclər üçün keçirilən müsabiqənin nəticələri elan olunub
Ali məktəblərin boş qalan plan yerlərinə və kolleclərə ixtisas seçimi başa çatır
Kolleclər üçün keçirilən müsabiqənin nəticələri elan olunub - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər