Mətnin kağızdan oxunması onun daha yaxşı dərk edilməsini təmin edir » Sizinxeber.az - Azərbaycan Xəbərləri
21 
Ara
2023
02:38

Mətnin kağızdan oxunması onun daha yaxşı dərk edilməsini təmin edir

21 Ara, 2023
02:38
23

Mətnin kağızdan oxunması onun daha yaxşı dərk edilməsini təmin edir

İnsanlar mətni elektron daşıyıcılar yerinə kağızdan oxuduqda, onu daha yaxşı anlayırlar.

“Report” “Review of Educational Research” elmi jurnalına istinadən xəbər verir ki, bu qənaətə İspaniyanın Valensiya Universitetinin alimləri gəlib.

Araşdırmanın müəllifləri 470 min nəfərin verilənlərini təhlil edib. Mətnləri elektron ekrandan deyil, kağızdan oxuyanların qavrayış və anlama səviyyəsi tədricən bir neçə dəfə artır.

Alimlər bu tendensiyanın səbəbini rəqəmsal mətnlərin linqvistik keyfiyyətinin aşağı olması ilə əlaqələndirirlər. Tədqiqatın müəlliflərindən biri olan Ladislao Salmeronun sözlərinə görə, sosial şəbəkə yazıları və ya “Vikipediya məqalələri” adətən mürəkkəb sintaksis və arqumentasiya ehtiva etmir, həmçinin slenq və ya danışıq sözlərindən ibarət ola bilər.

Bundan başqa, bir çox rəqəmsal materiallar səthi oxunur. Bu səbəbdən insan hekayəyə tam daxil ola bilmir və ya mürəkkəb məntiqi əlaqələri qavramır.

Bizimlə əlaqə saxlayın