Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılır » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
05 
avq
2024
10:30
0
0
1 060

Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılır

05 avq, 2024
10:30
1 060

Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılır

Avqustun 8-də 2024-2025-ci tədris ili üzrə şagird yerdəyişməsinə start veriləcək.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) məlumat yayıb.

Bildirilib ki, proses sy.edu.az elektron sistemi üzərindən həyata keçiriləcək.

Belə ki, yerdəyişmə 2-9 və 11-ci siniflər üçün 8 avqust saat 15:00, 10-cu siniflər üçün isə 15 avqust saat 15:00-dan aktivləşdiriləcək.

"Elektron sistemdə ümumi təhsil müəssisələrinə sorğu yerləşdirmə prosesinin dayandırılması haqqında məlumat öncədən ictimaiyyətə elan ediləcək", - deyə məlumatda qeyd edilib.

Bizimlə əlaqə saxlayın