Peşə təhsili müəssisələrinə müəllimlərin işə qəbulu üzrə vakansiya seçiminə start verilib
Avqustun 21-də 2025/2026-cı il tədris ili üçün Elm və Təhsil Nazirliyi sisteminə daxil olan peşə təhsil müəssisələrinə ixtisas fənn müəllimlərinin və istehsalat təlimi ustalarının işə qəbulu müsabiqəsinin vakansiya seçimi mərhələsinə start verilib.
Bu barədə APA-ya Peşə Təhsili üzrə Dövlət Agentliyindən məlumat verilib.
Test imtahanı mərhələsində uğur qazanaraq keçid balını toplayan namizədlər 25 avqust saat 18:00 tarixinədək onlayn formada portal.edu.az elektron müraciət portalı vasitəsi ilə 8 vakant yer seçə bilərlər. Test imtahanı mərhələsinin nəticəsində ümumilikdə 850 namizəd vakansiya seçiminə buraxılıb.
Qeyd edilib ki, müsabiqə nəticələrinə uyğun olaraq seçilən müraciətçilərin vakant yerlərə yerləşdirilməsi elektron ərizələrində qeyd etdikləri seçim ardıcıllığı gözlənilməklə 15 sentyabr tarixinədək aparılacaq.
Oxşar xəbərlər
Peşə məktəblərinə müəllimlərin vakansiya seçiminə start verilib
Peşə təhsil müəssisələrinə işə qəbulla bağlı vakansiya seçimi mərhələsinə start verilib
Peşə təhsili müəssisələrinə tələbə qəbulunun II mərhələsinə start verilib
MİQ üzrə müsabiqənin vakansiya seçimi mərhələsinin başlayacağı tarix açıqlanıb
Sabah MİQ üzrə müddətli müqavilə ilə vakansiya seçiminə başlanılır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Azercell"də dəyişiklik - Bu xidmətləri də dayandırır
-
Azərbaycanda bəzi cərimələr sərtləşdirilir
-
“e-Sosial” portalında yenilik əlilliyi olan şəxslər üçün istifadə rahatlığının artırılmasına xidmət edir – AÇIQLAMA
-
Deputat: Qızıl ehtiyatlarının artması dəyər qazanan aktivlərə daha çox vəsaitin yönəldilməsinə imkan yaradır
-
Leyla Əliyeva "ASAN Məktub" sosial proqramının 10 illiyinə həsr olunan tədbirdən paylaşım edib
-
Milli Məclisin bugünkü iclasının gündəliyi dəyişib








