Dərs bölgüsü zamanı müəllimlər arasında ayrı-seçkilik etdiyi iddia edilən məktəb direktoruna töhmət verilib
Paytaxtdakı 201 nömrəli tam orta məktəbdə Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən monitorinq aparılıb.
Bu barədə Sizinxeber.az-ya BŞTİ-dən məlumat verilib.
Bildirilib ki, monitorinq zamanı təlim-tərbiyə prosesi, tədris-pedaqoji və metodiki işin təşkili, eləcə də bir sıra digər müvafiq istiqamətlər üzrə yoxlamalar aparıb.
Monitorinq nəticəsində bir sıra nöqsanlar aşkar edilib.
Əmək funksiyası üzrə vəzifə öhdəliklərini keyfiyyətsiz yerinə yetirdiyinə görə Bakı şəhəri 201 nömrəli tam orta məktəbin direkoru Əliyeva Afaq Asif qızına Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən töhmət verilib. Gələcəkdə analoji hallara yol verəcəyi təqdirdə barəsində daha ciddi intizam tənbehi tədbirinin tətbiq ediləcəyi nəzərə çatdırılıb.
Qeyd edək ki, təhsil müəssisələrində aparılan monitorinqlər davamlı xarakter daşıyır və aşkar olunmuş nöqsanlarla bağlı qanunvericiliyə uyğun tədbirlərin görülməsi təmin edilir.
Qeyd edək ki, bir müddət əvvəl sosial şəbəkələrdə 201 nömrəli tam orta məktəbinin direktoru Afaq Əliyevanın dərs bölgüsü zamanı müəllimlər arasında şəxsi ambisiyaları naminə ayrı-seçkilik etdiyini iddia edən şikayətlər paylaşılmışdı.
Oxşar xəbərlər
Bakıda məktəbdə nöqsan aşkarlanıb, direktora töhmət verilib
Bakıda iki məktəbin direktoruna şiddətli töhmət verilib
Bakıda iki məktəb direktoruna şiddətli töhmət verilib
Rüşvət aldığı iddia olunan bağça müdiri işdən çıxarılıb
“Fond pulu” yığıldığı deyilən məktəbin direktoru və müəllimi CƏZALANDIRILDILAR - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













