Fərhad Hacıyev: “Yüksəliş” müsabiqəsində bu günədək 96 nəfər qalib olub
sizinxeber.az xəbər saytı

Fərhad Hacıyev: “Yüksəliş” müsabiqəsində bu günədək 96 nəfər qalib olub


Bu günə qədər “Yüksəliş” müsabiqəsində 40 min nəfər iştirak üçün müraciət edib və 96 nəfər qalib olub.

"Report" xəbər verir ki, bunu Azərbaycanın gənclər və idman nazirinin müavini, “Yüksəliş” müsabiqəsinin İşçi Qrupunun rəhbəri Fərhad Hacıyev “Üfüq” Karyera İnkişaf Proqramının final mərhələsində çıxışında deyib.

Onun sözlərinə görə, "Yüksəliş" müsabiqəsi Prezident İlham Əliyevin 26 iyul 2019-cu il tarixli sərəncamı ilə təsis edilib. Hazırda sayca 5-ci müsabiqə keçirilir.

F.Hacıyev vurğulayıb ki, bu gün müsabiqənin məhz aqrar sahədə keçirilməsi də təsadüfi deyil: "Hələ sovet dövründə Ulu Öndər Heydər Əliyev tərəfindən bu sahəyə xüsusi diqqət göstərilirdi. Azərbaycan aqrar sahədə hər zaman güclü mövqeyə malik olub və biz əminik ki, bu inkişaf bundan sonra da davam edəcək.

Hazırda ölkədə aparılan aqrar islahatlar, əldə edilən nailiyyətlər bir daha sübut edir ki, biz doğru yoldayıq. Bu, Prezidentin həyata keçirdiyi siyasətin nəticəsidir. Bu çərçivədə aqrar sahədə belə bir müsabiqənin keçirilməsi və yeni mütəxəssislərin, kadrların seçilməsi tamamilə məntiqi və zəruri addımdır".

Oxşar xəbərlər

Fərhad Hacıyev: V "Yüksəliş" müsabiqəsinə qeydiyyat sayı rekord həddə olub
“Yüksəliş” müsabiqəsinin kadr bankında 3109 nəfər var
“Yüksəliş” müsabiqəsi "Beynəlxalq e-Assessment Mükafatları" müsabiqəsində finalçı olub
Hikmət Hacıyev dördüncü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüş keçirib
Beşinci “Yüksəliş” müsabiqəsinin yarımfinalçıları bəlli olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle