Deputat: Dopler-radarlar dolu və leysanın fəsadlarına hazırlıq üçün köməkçidir
sizinxeber.az xəbər saytı

Deputat: Dopler-radarlar dolu və leysanın fəsadlarına hazırlıq üçün köməkçidir


Meteoroloji dopler radarların quraşdırılması çox vacibdir.

"Sizinxeber.az"un Şimal bürosunun məlumatına görə, bunu Qubada meteoroloji dopler radara baxış zamanı Milli Məclisin üzvü Əlibala Məhərrəmzadə məlumat verib.

O bildirib ki, dopler radar vasitəsilə çaylarda baş verə biləcək sel və daşqınlar barədə erkən xəbərdarlıqlar tərtib ediləcək:

"Dolu-leysan hadisələri zamanı hazırlıqsız sakinlər, təsərrüfatlar ciddi ziyan görür. Bu dopler radar vasitəsilə 100-150 km radiusda gözlənilən dolu-leysan prosesləri ilə bağlı əvvəlcədən məlumat almaq mümkün olacaq. Bu da təbii fəlakət zamanı fəsadların qarşısını almaq üçün bəzi hazırlıqlar görməyə imkan verəcək.

Bu cür qurğular ölkəmizdə daha çox olmalıdır və meteoroloji dopler radarların quraşdırılması erkən xəbərdarlıqların hazırlanması üçün olduqca vacibdir. Quraşdırılan meteoroloji radar sisteminin idarə olunması fasiləsiz olaraq avtomatlaşdırılmış rejimdə həyata keçiriləcək.

Bu, Azərbaycanda quraşdırılan sayca üçüncü belə dopler hava radardır. Bundan əvvəl Göygöl və Şamaxıda quraşdırılıb. Belə qurğular olduqca böyük əhəmiyyətə malikdir. Çünki bu qurğu vasitəsilə atmosfer proseslərini izləmək mümkündür".

Qeyd edək ki, Quba rayonu ərazisində yeni quraşdırılan meteoroloji dopler radarın açılış mərasimində ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, Milli Məclis üzvləri, Quba rayon icra hakimiyyətinin başçısı və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Oxşar xəbərlər

Qubada meteoroloji dopler radar quraşdırılıb
Qubada yeni meteoroloji dopler radar quraşdırılıb, dolu-leysan yağacağı əvvəldən məlum olacaq
Naxçıvanda 10 elektrik doldurucu stansiya quraşdırılacaq
Gələn il Xankəndi və Ağdərədə avtomat meteoroloji stansiyaların quraşdırılması planlaşdırılır
Sabahın havası meteohəssas insanlara necə təsir edəcək?

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər