Bu ilin son iki ayında Azərbaycanda yağıntıların miqdarı normadan yuxarı olub
Bu ilin payız aylarında Azərbaycan üzrə yağıntıların miqdarı sentyabrda normadan aşağı, oktyabr və noyabrda normadan yuxarı olub.
Bu barədə "Sizinxeber.az"un sorğusuna cavab olaraq Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova məlumat verib.
Onun sözlərinə görə, ən çox yağıntılar oktyabr ayında Bakı və Abşeron yarımadasında (iqlim normasının 509 faizi), noyabr ayında isə Mərkəzi Aran rayonlarında (iqlim normasının 179 faizi) qeydə alınıb.
"Xidmətin mütəxəssisləri tərəfindən aparılan təhlil və müşahidələrə əsasən son on il ərzində Azərbaycan üzrə ən çox yağıntı 2016-cı ildə qeydə alınıb və iqlim normasından yuxarı olub. 2016-cı ildə ölkə üzrə düşən yağıntının miqdarı ümumilikdə orta hesabla 570.7 mm təşkil edib", - G.Məmmədova əlavə edib.
Oxşar xəbərlər
Azərbaycanda son on ilin yay aylarında ən çox yağıntı bu il qeydə alınıb
Bu yay Azərbaycanda son on ilin ən çox yağıntısı qeydə alınıb
Ötən ay ən çox yağıntı Lənkəran-Astara zonasına, Bakı və Abşeron yarımadasına düşüb
Hidrometeorologiya Xidməti: Ötən ay Hacıqabulda 43 dərəcədən çox isti qeydə alınıb
Ötən ay Bakıda havanın temperaturu 17 gün normadan yuxarı olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













