Abşeronun bəzi yerlərinə leysan yağır - FAKTİKİ HAVA-YENİLƏNİB
sizinxeber.az xəbər saytı

Abşeronun bəzi yerlərinə leysan yağır - FAKTİKİ HAVA-YENİLƏNİB


Bakıda və Abşeron yarımadasında yağıntılı hava şəraiti davam edir, saat 13:00-a olan məlumata əsasən hazırda yarımadanın bəzi yerlərində yağıntılar leysan xarakterlidir.

"Report" xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib.

G.Məmmədova qeyd edib ki, müşahidə olunan leysan xarakterli yağışın fasilələrlə dekabrın 4-ü səhərədək davam edəcəyi gözlənilir.

09:48

Azərbaycanda dağlıq ərazilərə qar yağıb, yağan qarın hündürlüyü Şahbuzda 17, Qrızda 12, Şahdağda 8, Lazada (Qusar) 3, Daşkəsəndə 2, Xınalıq, Xaltan, Göygöl, Gədəbəydə 1 sm olub.

Bu barədə "Report"a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Qeyd olunub ki, ölkə ərazisində yağıntılı hava şəraiti davam edir, bəzi şərq rayonlarında leysan xarakterlidir.

Düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 13, Mərkəzi Aran bölgəsində 33 mm, Lənkəran-Astara bölgəsində 16, Qazax-Gəncə bölgəsində 3, Qarabağ və Şərqi Zəngəzurda eyni zamanda, Balakən-Şəki zonasında 2, Quba-Qusar zonasında 1 mm-dək olub.

Sumqayıt, Daşkəsən, Göygöl, Naftalan, Gəncə, Şəmkir, Balakən, Qax, Zaqatala, Şəki, Şamaxı, Qobustan, Quba, Qəbələ, Qusar, Qrız, Xaltan, Göyçay, Lerikdə duman müşahidə olunub, görünüş 200-500 metrədək məhdudlaşıb.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında, Aran rayonlarında 6 dərəcəyədək isti, Naxçıvan MR-da 6, dağlıq rayonlarda 10 dərəcəyədək şaxta qeydə alınıb.

Oxşar xəbərlər

Bakıda leysan sabahadək davam edəcək
Bir sıra rayonlarda qar yağır – FAKTİKİ HAVA
Bakıda və Abşeron yarımadasında yağış intensivləşib - FAKTİKİ HAVA- YENİLƏNİB
Bəzi ərazilərə leysan xarakterli yağış, dağlıq ərazilərdə isə qar yağır - FAKTİKİ HAVA
Gəncə-Qazax bölgəsində fasilələrlə leysan yağır - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər