Bakıda və Abşeron yarımadasında yağış intensivləşib - FAKTİKİ HAVA- YENİLƏNİB
Bakıda və Abşeron yarımadasında dekabrın 2-si saat 13:00-a olan məlumata əsasən dünəndən müşahidə olunan yağış yarımadanın bəzi yerlərində intensivləşib.
"Sizinxeber.az" xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Qeyd olunub ki, müşahidə olunan yağıntılı hava şəraitinin dekabrın 4-ü səhərədək davam edəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətinin dekabrın 2-si saat 9:00-a olan məlumatına əsasən, hazırda ölkə ərazisində yağıntılı hava şəraiti müşahidə olunur.
Xidmətdən "Sizinxeber.az"a bildirilib ki, düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 3, Lənkəran-Astara bölgəsində 17, Balakən-Şəki zonasında 7, Quba-Qusar və Mərkəzi-Aran rayonlarında 4, Qarabağ və Şərqi Zəngəzur bölgəsində isə 3 mm-dək olub.
Dağlıq ərazilərə qar yağıb, yağan qarın hündürlüyü Şahbuzda 17, Qrızda 12, Şahdağda 8, Lazada (Qusar) 3, Altıağacda 2 sm olub.
Sumqayıt, Daşkəsən, Göygöl, Gəncə, Naftalan, Şəmkir, Balakən, Qax, Zaqatala, Şəki, Oğuz, Quba, Qəbələ, Şamaxı, Qusar, Qrız, Göyçay, Ağdam, Beyləqan, Tərtərdə duman müşahidə olunub, görünüş 500 metrədək məhdudlaşıb.
Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 7, Aran rayonlarında 6, Naxçıvan MR-da 3 dərəcəyədək isti, dağlıq rayonlarda 3, yüksək dağlıq rayonlarda 14 dərəcəyədək şaxta qeydə alınıb.
Oxşar xəbərlər
Müşahidə olunan yağış yarımadanın bəzi yerlərində intensivləşib - FAKTİKİ HAVA
Müşahidə olunan yağış yarımadanın bəzi yerlərində intensivləşib - FAKTİKİ HAVA - YENİLƏNİB
Bəzi rayonlara qar və yağış yağır - FAKTİKİ HAVA
Bir sıra rayonlarda qar yağır – FAKTİKİ HAVA
Gəncə-Qazax bölgəsində fasilələrlə leysan yağır - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Expressbank"ın xalis mənfəəti azalıb - Hesabat
-
"Expressbank"da fiziki şəxslərin depozit portfeli 33 % artıb
-
Gürcüstan Davos İqtisadi Forumunda iştirak etməyəcək
-
BSM aktrisa Çimnaz Sultanovanın xəstəliyi ilə bağlı açıqlama yayıb
-
Rəqəmsal hökumət arxitekturası hazırlanacaq
-
Portuqalya millisinin və “Real”ın sabiq futbolçusu qanunsuz biznes açmaqda ittiham olunur