Dekabrın ilk gününə olan hava proqnozu açıqlanıb
Dekabrın ilk gününə Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.
Milli Hidrometrologiya Xidmətindən "Sizinxeber.az"a verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə çiskinli olacağı, axşam isə arabir yağış yağacağı ehtimalı var, şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 6-8° isti, gündüz 8-10° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 772 mm civə sütunu olacaq. Nisbi rütubət 70-75 % olacaq.
Azərbaycanın bəzi rayonlarında arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 1-6° isti, gündüz 7-12° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti olacaq.
Oxşar xəbərlər
Sabah hava necə olacaq?
Milli Hidrometrologiya Xidməti xəbərdarlıq yaydı
Bakıda yağış, bəzi ərazilərdə qar yağacaq - PROQNOZ
Bayram günlərində gözlənilən hava şəraiti açıqlanıb
Sabah bəzi yerlərdə yağış yağacaq - PROQNOZ
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













