sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Sabah Bakıda 15 dərəcə isti olacaq
Bakıda və Abşeron yarımadasında yanvarın 2-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən "Sizinxeber.az"a verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə duman olacaq, mülayim cənub-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 4-8° isti, gündüz 10-15° isti olacaq.
Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Bəzi rayonlarda arabir duman olacaq, mülayim qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 0-5° isti, gündüz 11-16° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 5-10° isti olacaq.
Oxşar xəbərlər
Sabahın hava proqnozu: dağlarda 10° şaxta olacaq
Sabah bəzi yerlərdə yağış və qar yağacaq
Azərbaycanda yeni ilin ilk gününün hava proqnozu açıqlanıb
Sabah hava necə olacaq?
Bakıya sulu qar, bəzi rayonlara qar yağacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













