Dövlət katibi: Britaniya COP29-un uğurla keçməsi üçün Azərbaycana hər bir dəstəyi verməyə hazırdır
İqlim dəyişikliyinin qarşısının alınması və dünyanın yaşıl inkişafı üçün dünya ölkələrini bir araya gətirən COP tədbirlərinin olduqca əhəmiyyətli olduğuna inanıram.
“Sizinxeber.az” xəbər verir ki, bunu Böyük Britaniyanın enerji təhlükəsizliyi və “xalis sıfır” emissiyalar üzrə dövlət katibi Ed Milibend Azərbaycanın Böyük Britaniyadakı səfirliyinin yeni inzibati binasının açılışı ilə əlaqədar keçirilən tədbirdə çıxışı zamanı deyib.
Dövlət katibi indiyədək keçirilmiş COP görüşlərində razılaşdırılmış tədbirlərin davam etdirilməsinin, habelə COP29-da iqlim maliyyələşməsi məsələsi üzrə vacib razılığa gəlinməsinin iqlim məqsədlərinin təmin edilməsi baxımından mühüm əhəmiyyət daşıdığını qeyd edib.
Bu kontekstdə o, iqlim problemlərindən ən çox əziyyət çəkən ölkələrə dəstək verilməsinin önəminə diqqət çəkib.
Britaniyanın dövlət katibi öz çıxışında dəfələrlə vurğulayıb ki, Britaniya tərəfi COP29-un uğurla keçməsi və gözlənilən nəticələrin əldə olunması üçün ölkəmizə hər bir dəstəyi verməyə və Azərbaycanla yaxından tərəfdaşlıq etməyə hazırdır.
Oxşar xəbərlər
Azərbaycanın Britaniyadakı səfirliyinin yeni inzibati binasının açılışı olub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Muxtar Babayev Parlamentlərarası İttifaqın Baş katibi ilə COP29 ətrafında müzakirələr aparıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Fransanın sabiq dövlət katibi: "İstixana qazlarının azaldılması məsələsi Bakıda keçiriləcək COP29-da həllini tapa bilər" [xfgiven_updateblue][/xfgiven_updateblue]
Elvin Əşrəfzadə: İnklüzivlik COP29 sədrliyinin mühüm prinsiplərindən biridir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Britaniyanın Baş naziri COP29-a dəvət edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












