Kosovolu xanım səyyah Ağdam Şəhidlər xiyabanında göz yaşını saxlaya bilməyib: Azərbaycan xalqını yaxşı anlayıram - VİDEO
“Bu dağıntılar, bu mənzərə mənə yad deyil. Mən Azərbaycan xalqını çox yaxşı anlayıram”.
APA-nın Qarabağ bürosu xəbər ki, bunu dünya miqyaslı 4 böyük səyyah klubundan biri olan - MTP (Most Traveled People) səyahət klubunun 35 nəfərlik geniş heyətinin tərkibində Qarabağ və Şərqi Zəngəzura səfər çərçivəsində Kosovodan olan səyyah Vjollca Nivokazi Ağdamda deyib.
Kosovo səyyahı Ağdam Şəhidlər xiyabanında işğalçılar tərəfindən dağıdılan məzarlara baxaraq göz yaşlarını saxlaya bilməyib.
Qeyd edək ki, dünya miqyaslı 4 böyük səyyah klubundan biri olan - MTP (Most Traveled People) səyahət klubunun 35 nəfərlik geniş heyəti Qarabağ və Şərqi Zəngəzura səfəri çərçivəsində bu gün Şuşa və Ağdamda olub.
Oxşar xəbərlər
Xarici səyyahlar Ağdam şəhərində olub - FOTO
Amerikalı səyyah: Biz regionun tarixi haqqında çox şey öyrəndik
Beynəlxalq səyyahlar Ağdama səfər ediblər
Ukraynalı səyyah: Qarabağın tarixi məkanları çox gözəldir
Bir qrup beynəlxalq səyyahın Qarabağa və Şərqi Zəngəzura səfəri başlayıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













