Xarici səyyahlar Ağdam şəhərində olub - FOTO
Dünya miqyaslı 4 böyük səyyah klubundan biri olan - MTP (Most Traveled People) səyahət klubunun 35 nəfərlik geniş heyəti Qarabağ və Şərqi Zəngəzura səfəri çərçivəsində Ağdam şəhərində olub.
Sizinxeber.az-nın Qarabağ müxbiri xəbər verir ki, nümayəndə heyəti ilk olaraq Ağdam şəhərinin dağıntıları ilə tanış olub. Daha sonra Ağdam Şəhidlər xiyabanı ziyarət edilib.
Daha sonra səyyahlar Ağdam Dövlət Dram Teatrının binanın qalıqlarına tamaşa ediblər. Onlara Ağdam şəhərinin işğaldan əvvəl çəkilmiş fotoları göstərilib.
Səyyahlar Ağdam “Cümə” məscidini ziyarət edib. Onlara məlumat verilib ki, Ağdam şəhəri işğalda olduğu müddətdə ermənilər məsçiddə heyvan saxlayıb. Vətən müharibəsindən sonra məsçid yenidən bərpa olunaraq istifadəyə verilib.
Beynəlxalq səyyahların bu günə olan səfər proqramı başa çatıb. Onlar sabah Şərqi Zəngəzura səfər edəcək.
Oxşar xəbərlər
İlham Əliyev Bərdə-Ağdam avtomobil yolunun açılışında iştirak edib
Ukraynalı səyyah: Qarabağın tarixi məkanları çox gözəldir
Beynəlxalq səyyahlar Ağdama səfər ediblər
Ağdamda 5 hektarlıq mərkəzi park salınacaq
Dövlət başçısı və birinci xanım Ağdam şəhər Mərkəzi parkının təməlinin qoyulması mərasimində iştirak ediblər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Azercell"də dəyişiklik - Bu xidmətləri də dayandırır
-
Azərbaycanda bəzi cərimələr sərtləşdirilir
-
“e-Sosial” portalında yenilik əlilliyi olan şəxslər üçün istifadə rahatlığının artırılmasına xidmət edir – AÇIQLAMA
-
Deputat: Qızıl ehtiyatlarının artması dəyər qazanan aktivlərə daha çox vəsaitin yönəldilməsinə imkan yaradır
-
Leyla Əliyeva "ASAN Məktub" sosial proqramının 10 illiyinə həsr olunan tədbirdən paylaşım edib
-
Milli Məclisin bugünkü iclasının gündəliyi dəyişib








