Sumqayıtda su təsərrüfatı işçilərinin peşə bayramı qeyd olunub
Sumqayıt şəhərində Su təsərrüfatı və meliorasiya işçilərinin peşə bayramı münasibətilə tədbir keçirilib.
Sumqayıt İcra Hakimiyyətindən APA-ya verilən məlumata görə, əvvəlcə tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək dahi şəxsiyyətin xatirəsini ehtiramla yad ediblər.
Tədbirdə Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının müavini Fərid Ələkbərov çıxış edərək su təsərrüfatı və meliorasiya sahəsində çalışanları peşə bayramı münasibətilə təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Fərid Ələkbərov qeyd edib ki, ölkəmizdə bu sahəyə göstərilən dövlət qayğısı nəticəsində içməli su təchizatı və torpaqların suvarılması xidmətləri ilbəil yaxşılaşdırılır. O, Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi strateji inkişaf kursunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb.
Sumqayıt Sukanal İdarəsinin rəisi Xalid Quliyev çıxış edərək bildirib ki, su təsərrüfatı işçilərinin peşə bayramının təsis edilməsi Prezident İlham Əliyevin bu sahədə çalışan insanların əməyinə verdiyi yüksək qiymətin bariz göstəricisidir. O, bu diqqət və qayğının kollektivləri üçün stimul olduğunu qeyd edib.
Tədbir çərçivəsində Sumqayıt Şəhər İcra Hakimiyyəti tərəfindən şəhərin su təsərrüfatı sahəsində uzun illər fəaliyyət göstərən bir qrup əməkdaşa fəxri fərmanlar təqdim olunub.
Oxşar xəbərlər
Sumqayıtda “Dünya Vəkil Cübbələri və Atributları” sərgisi keçirilib
FHN-in Sumqayıt Regional Mərkəzində Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə bağlı tədbir keçirilib - FOTO
Sumqayıtda Ümummilli Lider Heydər Əliyevin xatirəsi anılıb - FOTO
Hərbi Prokurorluqda milli prokurorluq orqanlarının yaradılmasının ildönümü qeyd olunub
Gəncədə Ümummilli Lider Heydər Əliyevin xatirəsi anılır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əbu-Dabidə Prezident İlham Əliyevə "Zayed İnsan Qardaşlığı Mükafatı"ı təqdim olunub
-
Rəsmi zəmanət yox, mağaza və servis zəmanəti: Elektronika alıcıları risk altında
-
Arkadi Qukasyan 20 il müddətinə azadlıqdan məhrum edilib
-
Bako Saakyana hökm oxundu
-
Ukraynada müharibə bitir? - ABŞ prezidentindən gözlənilməz açıqlama
-
Xocalı soyqırımının iştirakçısı Madat Babayana hökm oxundu












