Hüquq və İnsan Haqları İnstitutunda jurnalistlərlə görüş keçirildi - FOTO
Milli Mətbuat Günü münasibətilə Hüquq və İnsan Haqları İnstitutunda bir qrup media nümayəndələri ilə görüş keçirilib.
BAKU.WS xəbər verir ki, Hüquq və İnsan Haqları İnstitutunun İdarə Heyətinin sədri Məhəmməd Quluzadə jurnalistləri salamlayaraq, peşə bayramları münasibəti ilə onlara səmimi təbriklərini çatdırıb və bugünkü mətbuatımızın sürətli inkişaf dinamikasından söz açıb.
M. Quluzadə Azərbaycanda söz, fikir və mətbuat azadlığının təmin edilməsi sahəsində jurnalistlərin böyük əməyi olduğunu vurğulayıb və onlarla sıx əməkdaşlıq münasibətlərindən məmnunluğunu ifadə edib.
İdarə Heyətinin sədri İnstitutun insan hüquqları istiqamətində fəaliyyətinə dair qısa arayış verdikdən sonra, media subyektlərində rast gəlinən insan hüquq və azadlıqlarının, o cümlədən də təqsirsizlik prezumpsiyasının pozuntularından danışıb.
O, bildirib ki, belə halların qarşısını almaq və jurnalistləri kənar təsirlərdən qorumaq üçün İnstitut müvafiq təlim modulları hazırlayaraq jurnalistlər üçün iki dəfə təlim də təşkil edib.
Eyni zamanda İnstitut tərəfindən Praktikaya aid Siqnallar Sorğusu (PASS) Platformasının istifadəyə verilməsini diqqətə çatdıran İdarə Heyətinin sədri, bu platformanın jurnalistlər üçün də faydalı olacağını qeyd edib.
Daha sonra görüşdə iştirak edən jurnalistlər İnstitutun rəhbərliyinə onlara göstərdikləri diqqətə görə öz minnətdarlıqlarını bildiriblər.
İnsan hüquq və azadlıqlarının müdafiəsi istiqamətində İnstitutun fəaliyyətini dəstəklədiklərini və jurnalistlər üçün insan hüquqlarının öyrənilməsinə dair onlayn kursun təşkil edilməsini təklif ediblər.
Görüşün sonunda İnstitutla əməkdaşlıq çərçivəsində göstərdikləri səmərəli xidmətlərə görə jurnalistlərə təşəkkürnamələr təqdim edilib.
Oxşar xəbərlər
İnsan haqları üzrə pozuntu aşkarlanan məqalələrin sayı açıqlanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
İnstitut sədri: "Avropa Məhkəməsi Azərbaycana qarşı siyasi qərarlar çıxarır" [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ombudsman Səbinə Əliyeva Fəxri mediator diplomu ilə təltif edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan Prezidenti AŞPA-ya xəbərdarlıq edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
BŞTİ-də yeni kadr TƏYİNATI [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi


















