Naxçıvanda güclü yağış nəticəsində bəzi yollarda problem yaranıb - FOTOLENT
sizinxeber.az xəbər saytı

Naxçıvanda güclü yağış nəticəsində bəzi yollarda problem yaranıb - FOTOLENT


Naxçıvanda yağan güclü yağış nəticəsində bəzi yollarda avtomobillərin hərəkətinə məhdudiyyət yaranıb.

“Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi” publik hüquqi şəxsin mətbuat xidmətindən Sizinxeber.az-ya verilən məlumata görə, Şahbuz rayonunun Badamlı qəsəbəsi və Türkeş kənd ərazisində müşahidə olunan güclü yağış bir neçə avtomobil yolunun hərəkət hissəsində məhdudiyyət yaradıb.

Avtomobil yollarında yaranmış problemlə bağlı məlumat daxil olan kimi dərhal qeyd olunan ərazilərə qurumun texnika və canlı qüvvələri səfərbər olunub.

Hazırda yollarda təmizləmə işləri davam etdirilir.

Oxşar xəbərlər

Naxçıvanda güclü yağış nəticəsində avtomobil yollarında məhdudiyyət yaranıb
Bəzi yollarda nəqliyyatın hərəkəti çətinləşdiyindən məhdudiyyətlər tətbiq edilib
İsmayıllıda selin bəzi yollarda yaratdığı fəsadlar aradan qaldırılıb
Yol polisi: Qeyri-sabit hava ilə bağlı yollarda qabaqlayıcı tədbirlər davam etdirilir
Bu yollarda hərəkətə məhdudiyyət qoyuldu - Sürücülərin diqqətinə!

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle