Suraxanı məktəbliləri “Ədibin Evi”ndə xalçaçılıq irsimizlə tanış olublar
Paytaxtda keçirilən Beynəlxalq Xalça Festivalının ab-havasına məktəblilər də büründülər. Suraxanıda yerləşən 87 saylı məktəbin müəllim və şagird heyəti İçərişəhərdəki “Ədibin Evi”ndə təşkil edilən “Azərbaycan rəngləri” seminarında iştirak etdilər.
“Balakhani Operating Company LTD”-nin dəstəyi ilə həyata keçirilən “Məktəblilər Ədibin Evində” layihəsi hasilat şirkətinin fəaliyyət göstərdiyi Sabunçu və Suraxanı rayonu ərazilərindəki məktəblilərlə “Ədibin Evi”ndə azərbaycançılıq ideologiyasını müxtəlif aspektlərdən müzakirə edən silsilə görüşləri nəzərdə tutur.
Şagirdlər görkəmli Azərbaycan yazıçısı, alimi və pedaqoqu Mir Cəlalın Bakıda ilk ünvanı olan “Ədibin Evi”ndə muzey güşəsi ilə tanış oldular. Bu ünvanda yazılan “Bir Gəncin Manifesti” romanında xalçanın milli kimlik atributu kimi təsvirini müzakirə etdilər.
Daha sonra onlar, “Ədibin Evi”nin icraçı direktoru Şəfəq Mehrəliyevanın təqdimatında Azərbaycan xalçaçılıq sənətində istifadə edilən bir-sıra naxışlar və onların mənası barədə öyrəndilər.
Məktəblilər kətan üzərində naxışı bəzəməklə öz kimlik rənglərini seçib xalça irsimizlə bağlı yaradıcı çalışmada iştirak etdilər.
Oxşar xəbərlər
“Sona ananın xalçası” məktəblilərin gözü ilə canlanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
“Ədibin Evi”ndə məktəblilərlə "Azərbaycan dili dövlət dilidir” mövzusunda görüş keçirilib - FOTO [xfgiven_updateblue][/xfgiven_updateblue]
“Məktəblilər Ədibin Evində” layihəsi Balaxanı neftçilərinin dəstəyi ilə davam edəcək - FOTO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Prokurorluq əməkdaşları Mir Cəlal Paşayevin ev-muzeyində olublar [xfgiven_updateblue][/xfgiven_updateblue]
“Müəllimliyin insanlıq fəlsəfəsi” esse müsabiqəsinin qalibləri mükafatlandırılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












