Yerli probasiya qurumlarında ödənişsiz hüquqi yardımlar göstərilib
sizinxeber.az xəbər saytı

Yerli probasiya qurumlarında ödənişsiz hüquqi yardımlar göstərilib


Ədliyyə Nazirliyinin Probasiya xidməti və Vəkillər Kollegiyasının Hüquqi Yardım Mərkəzinin birgə təşkilatçılığı ilə probasiya qeydiyyatında olan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi məqsədilə Bakı şəhərində və digər regionlarda mütəmadi olaraq ödənişsiz hüquqi yardımlar göstərilir.

Ədliyyə Nazirliyinin Mətbuat xidmətindən Sizinxeber.az-ya verilən xəbərə görə, aprel ayı ərzində Bakı şəhər Probasiya idarəsinin və Sumqayıt şəhər probasiya şöbəsinin qeydiyyatında olan məhkumlar üçün növbəti hüquqi yardım aksiyaları həyata keçirilib.

Yerli icra məmurlarının (probasiya üzrə) iştirakı ilə vəkillər tərəfindən probasiya qeydiyyatında olan ümumilikdə 50-ə yaxın şəxs qəbul edilib, onların qarşılaşdığı hüquqi problemlərin həlli ilə bağlı müvafiq tədbirlər görülüb.

Həmin şəxslərə vaxtından əvvəl şərti azadetmə, apellyasiya şikayətlərinin verilməsi, məhkumluğun götürülməsi, əvf üçün müraciətlərin edilməsi və digər hüquqi məsələlərə dair məsləhətlər və izahatlar verilərək ödənişsiz hüquqi yardımlar göstərilib.

Qeyd edək ki, 2025-ci il üçün Tədbirlər Planına əsasən bu cür aksiyalar il ərzində respublikamızın digər regionlarında da mütəmadi olaraq davam etdiriləcək.

Oxşar xəbərlər

Probasiya qeydiyyatında olan şəxslərə pulsuz hüquqi yardım göstərilib
Ədliyyə Nazirliyinin Probasiya xidməti BDU ilə əməkdaşlıq edəcək
Ədliyyə Nazirliyi ilə Azərbaycan Universiteti əməkdaşlıq memorandumu imzalayıb
Probasiya məmurları üçün silisilə təlimlərə başlanılıb
Mediatorlar üçün bərpaedici ədliyyə ilə bağlı təlimlərə başlanılıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər