Bakıda 2 il ərzində yağış sularının axıdılması sistemi müasirləşdiriləcək
sizinxeber.az xəbər saytı

Bakıda 2 il ərzində yağış sularının axıdılması sistemi müasirləşdiriləcək


“Ötən ilin oktyabr ayında baş vermiş təbii fəlakətdən dərhal sonra məsul və aidiyyəti qurumların rəhbərləri ilə operativ şəkildə görüş keçirilib".

APA xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov mövcud vəziyyəti şərh edib.

“Bir müddət öncə isə Bakı Şəhər İcra Hakimiyyətinin sorğusuna cavab olaraq, Azərbaycan Respublikasının Su Ehtiyatları Dövlət Agentliyi nəzdində fəaliyyət göstərən İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti məlumat verib ki, artıq paytaxtın yağış sularının axıdılması sisteminin müasirləşdirilməsi ilə bağlı zəruri layihənin hazırlanmasına başlanılıb. İlkin qiymətləndirmələrə əsasən, bu proqramın icrası azı iki il davam edəcək”, - o bildirib.

İcra başçısı qeyd edib ki, bu kimi problemlər dünyanın ən inkişaf etmiş ölkələrində belə mövcuddur: “Lakin bizim vəziyyətimizdə obyektiv amil də buna əlavə olunur: mövcud mühəndis-kommunikasiya sistemi bir vaxtlar ərazidə yerləşən kiçik yaşayış evləri üçün nəzərdə tutulmuşdu. Halbuki indi həmin ərazilərdə çoxmərtəbəli yaşayış kompleksləri ucaldılıb. Hazırkı infrastruktur bu qədər su həcmi ilə fiziki cəhətdən öhdəsindən gələ bilmir və biz bu cür hallarla qarşılaşmağa ən azı daha iki il ərzində hazır olmalıyıq”.

Oxşar xəbərlər

Eldar Əzizov: Bakıda yağış sularının axıdılması sistemi çağırışlara cavab verə bilmədi
ADSEA: Yağış sularının toplanılması ilə bağlı prosesin ilkin mərhələsinə başlanılıb
Eldar Əzizov Kocaeli Böyük Şəhər Bələdiyyə Başkanı ilə görüşüb
Yağıntı ilə əlaqədar Bakıda qabaqlayıcı tədbirlər müəyyənləşdirilib
Yağıntı ilə əlaqədar Bakıda qabaqlayıcı tədbirlər müəyyənləşdirilib - VİDEO - YENİLƏNİB

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər