sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Baş prokuror: Mətbuatda yayılan məlumatlar əsasında 4 cinayət işi başlanılıb
Müxtəlif hüquqpozmalar barədə mətbuatda yayılan məlumatlar əsasında prokurorluq orqanları tərəfindən 8 araşdırma aparılıb, 4-ü üzrə cinayət işi başlanılıb.
BAKU.WS xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev Baş Prokurorluqda onlayn formatda keçirilən geniş kollegiya iclasında bildirib.
Onun sözlərinə görə, bəzi cinayətlərin açılmasında mətbuatın da öz tövhəsi olub:
“Cinayətkarlığa qarşı aparılmış mübarizə sahəsində media nümayəndələrinin göstərdiyi cəhdlər, sərf etdikləri əmək xüsusi qeyd olunmalıdır. Müxtəlif hüquqpozmalar barədə mətbuatda yayılan məlumatlar əsasında prokurorluq orqanları tərəfindən 8 araşdırma aparılıb və onlardan 4-ü üzrə Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işi, 1-i üzrə isə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə inzibati xətalar haqqında iş üzrə icraat başlanıb".
Baş prokuror K.Əliyev cinayətkarlığa qarşı mübarizədə prokuroruq və digər hüquq-mühafizə orqanlarına daim dəstək olduqları üçün media nümayəndələrinə təşəkkür edib.
BAKU.WS
Oxşar xəbərlər
Baş prokuror: Mətbuatın məlumatları əsasında 4 cinayət işi, 1 inzibati icraat başlanıb
Baş prokuror: Korrupsiya cinayəti törədən 25 nəfər cinayət başında yaxalanıb
Son altı ayda 8 prokurorluq işçisi cəzalandırılıb
Bu il korrupsiya əməlinə görə 25 nəfər cinayət başında saxlanılıb
Milli Məclis prokurorluq orqanlarının əməkdaşlarının sosial müdafiəsinin gücləndirilməsinə razılıq verib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycan Prezidenti: Son illərin tarixində ən böyük ədalətsizliklə biz üzləşmişdik
-
Prezident İlham Əliyevin doğum günüdür
-
Prezident: Ermənistana sanksiyalar tətbiq edilsəydi, əlbəttə, o, işğala son qoyardı
-
İlham Əliyev: Bu gün Ağdam rayonunda artıq həyat bərpa edilir
-
Dövlət başçısı: Şəhidlərimizi, Xocalı qurbanlarını, digər günahsız insanların həlak olmasını heç vaxt unuda bilmərik












