Ankarada “XX əsrdə Cənubi Qafqaz və Anadoluda türklərə qarşı erməni zülmü” adlı tədbir keçirilib
Azərbaycanın Türkiyədəki Səfirliyinin və Türk Tarix Qurumunun birgə təşkilatçılığı ilə Ankarada “XX əsrdə Cənubi Qafqaz və Anadoluda türklərə qarşı erməni zülmü” mövzusunda panel təşkil olunub.
APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə Azərbaycanın Türkiyədəki Səfirliyindən bildirilib.
Qeyd olunub ki, Türk Tarix Qurumunun rəhbəri professor Yüksel Özgen çıxışında XX əsrdə ermənilər tərəfindən türklərə qarşı törədilmiş zülmlər mövzusuna çox toxunulmadığını ifadə edərək, ermənilərin bu qanlı fəaliyyətinin arxasında “Böyük Ermənistan” yaratmaq niyyətinin durduğunu qeyd edib.
Cənubi Qafqazda və Anadoluda ortaya çıxan kütləvi məzarların bu qətliamlara işıq tutduğunu bildirən Özgen dünyada Azərbaycan və Türkiyəyə qarşı yönəlmiş ikili standartlara da toxunub.
Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov açılış çıxışında ermənilərin tarixən müxtəlif imperialist güclər tərəfindən türklərə qarşı soyqırımlara təşviq edildiyini qeyd edib.
Qondarma “erməni soyqırımı” mövzusuna toxunan səfir, hazırda da ermənilərin türklərə qarşı istifadə olunmağa davam edildiyini qeyd edib. Səfir Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin imzalanması prosesindən də danışaraq Azərbaycanın dayanıqlı sülh üçün təşəbbüs irəli sürdüyünü, bunun üçün də gərəkli şərtlərin yerinə yetirilməsinin zəruri olduğunu ifadə edib.
Professor Hikmət Özdəmirin moderatorluğu ilə baş tutan paneldə Milli Müdafiə Universitetinin dekanı professor İbrahim Ethem Atnur, Kahramanmaraş Sütçü İmam Universitetinin professoru Toğrul İsmayıl, Yıldız Texnik Universitetinin professoru Mehmet Akif Okur və Bayburt Universitetinin dosenti Ramin Sadiq mövzu ilə bağlı ətraflı müzakirələr aparıblar.
Professor İbrahim Ethem Atnur silahlı erməni quldur dəstələrinin Şərqi Anadolu vilayətlərində törətdiyi faciələr haqqında tarixi sənədlərə əsasən danışıb və bu zülmlərin ermənilərin Türkiyədən toplu köçürülməsi üçün əsas olduğunu qeyd edib.
Tədbirdə, həmçinin Cənubi Qafqazda törədilmiş qırğınlardan danışılıb, “Beynəlxalq hüququda geri dönüş haqqı və məcburi köçürülən Azərbaycan türkləri”, “XX əsrin əvvəllərində Azərbaycanda erməni vəhşilikləri” mövzusunda çıxışlar olunub.
Oxşar xəbərlər
Ankarada Xocalı soyqırımının 33-cü ildönümü ilə bağlı anım tədbiri keçirilib
Ankarada "Cənubi Qafqaz və Anadoluda türklərə qarşı erməni zülmü" mövzusunda panel təşkil olunub
Türkiyə Böyük Millət Məclisində Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb
Azərbaycan Ankarada keçirilən kitab sərgisində qonaq ölkə kimi iştirak edir
Ankarada 20 Yanvar faciəsinin şəhidləri yad edilib - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













