Ağdam rayonunun Sarıcalı kəndinə növbəti köç karvanı yola salınıb  - FOTO - YENİLƏNİB
sizinxeber.az xəbər saytı

Ağdam rayonunun Sarıcalı kəndinə növbəti köç karvanı yola salınıb - FOTO - YENİLƏNİB


Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.

APA xəbər verir ki, Ağdam rayonunun yenidən qurulan Sarıcalı kəndinə köç edənlər Respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Bu mərhələdə kəndə 28 ailə - 110 nəfər köçürülüb. Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.

Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 40 minə yaxın insan yaşayır.

***

06:00

Ağdam rayonunun Sarıcalı kəndinə növbəti köç yola salınır.

APA xəbər verir ki, bu gün 28 ailə (110 nəfər) Sarıcalı kəndinə köçürülür.

Bərdə rayonundan – 11 ailə (39 nəfər), Bakı şəhərindən – 9 ailə (41 nəfər), Mingəçevir şəhərindən – 3 ailə (13 nəfər), Ağcabədi rayonundan – 1 ailə (4 nəfər), Ağdam rayonundan – 1 ailə (4 nəfər), Ucar rayonundan – 1 ailə (4 nəfər), Gədəbəy rayonundan – 1 ailə (3 nəfər) və Yevlax şəhərindən – 1 ailə (2 nəfər) Sarıcalıya yola salınır.

Beləliklə, bugünkü köç də nəzərə alınmaqla Sarıcalı kəndinə cəmi 37 ailə (146 nəfər) köçürülmüş olur.

Oxşar xəbərlər

Xocalının Ballıca kəndinə növbəti köç karvanı yola salınıb - FOTO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ağdərəyə növbəti köç karvanı yola salınıb - FOTO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Cəbrayıla növbəti köç yola salınıb - FOTO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Şuşa şəhərinə növbəti köç karvanı yola salınıb - FOTO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Cəbrayıl şəhərinə növbəti köç karvanı yola salınıb - FOTO [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər