Naxçıvan ədliyyə orqanlarına qəbul imtahanı keçirilib - YENİLƏNİB
Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin yerli icra və probasiya qurumlarının hazırlıqlı gənc hüquqşünaslarla şəffaf prosedurlar əsasında komplektləşdirilməsi məqsədilə elan edilmiş müsabiqənin test imtahanı mərhələsi keçirilib.
Sizinxeber.az-nın Naxçıvan bürosunun verdiyi xəbərə görə, müsabiqədə iştirak üçün müraciət etmiş namizədlərin test imtahanı mərhələsi Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzi ilə birlikdə aşkarlıq şəraitində iyulun 21-də Naxçıvan şəhəri, Naxçıvan Dövlət Universitetinin Konservatoriya binasında fərdi qaydada, kompüter vasitəsilə keçirilib.
İmtahanı Naxçıvan Muxtar Respublikası üzrə fəaliyyət göstərən vətəndaş cəmiyyəti institutlarının (QHT-lərin) və kütləvi informasiya vasitələrinin nümayəndələri müşahidəçi kimi izləyiblər. İmtahanın nəticələrinə dair namizədlərə yerindəcə arayış təqdim olunub və yekuna görə namizədlərdən 13 nəfəri müvəffəqiyyət qazanıb növbəti mərhələyə keçib. Siyahı nazirliyin və DİM-nin (www.dim.gov.az) internet səhifələrində yerləşdirilib.
Uğur qazanmış namizədlərin diqqətinə çatdırılır ki, müsabiqənin söhbət mərhələsində iştirak etmək üçün onlar qanunvericilikdə nəzərdə tutulmuş sənədlərini 15 iş gün ərzində, saat 9-dan 18-dək Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Kadrlar bölməsinə (Ünvan:Naxçıvan şəhəri, İslam Səfərli 1) təqdim etməlidirlər. Kadr sənədlərinin siyahısını və müvafiq nümunələri nazirliyin internet səhifəsindən əldə etmək mümkündür.
***
saat 13.42
Bu gün Naxçıvan Muxtar Respublikasının ədliyyə orqanlarına qəbul imtahanı və hakim vəzifəsinə namizədlərlə imtahan (yazılı mərhələ) keçirilir.
Dövlət İmtahan Mərkəzindən Sizinxeber.az-ya verilən xəbərə görə, Naxçıvan Muxtar Respublikasının ədliyyə orqanlarına qəbul imtahanı ilk dəfə kompüter vasitəsilə elektron qaydada Naxçıvan Dövlət Universiteti Konservatoriyasının binasında təşkil edilib.
İmtahan saat 10:00-da başlanıb və 3 saat davam edib. Namizədlər imtahanı yekunlaşdırdıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda nəticələrlə tanış olmaq imkanına malik olublar. Nəticələr həmçinin sabah gün ərzində DİM-in saytına yerləşdiriləcək. İmtahanda 15 nəfər iştirak edib. 55 və dаhа çох bаl tоplаmış 13 namizəd müsabiqənin ikinci mərhələsinə – müsahibəyə buraxılıb.
Bu gün keçirilən digər imtahan – hakim vəzifəsinə namizədlərlə yazılı imtahan mərhələsi də kompüterlər vasitəsilə DİM-in elektron imtahanlar korpusunda keçirilir. İmtahanda 166 nəfər iştirak edir.
Namizədlər hüquqi kazusları həll etmək bacarıqlarını nümayiş etdirirlər. Nəticələr yazı işləri yoxlanıldıqdan sonra Hakimlərin Seçki Komitəsi tərəfindən elan olunacaq.
Oxşar xəbərlər
Naxçıvan ədliyyə orqanlarına qəbul imtahanı keçirilir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Naxçıvan Neft və Qaz Məhsulları Təminatı Müəssisəsi ləğv edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Kəmaləddin Heydərov Naxçıvan FHN-də müşavirə keçirib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Türkiyənin İğdır şəhərində “Naxçıvan fotolarda” adlı fotosərginin açılışı baş tutub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Hərbi liseylərə qəbul imtahanı keçirilib - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












