Hakim olmaq istəyənlərin NƏZƏRİNƏ
sizinxeber.az xəbər saytı

Hakim olmaq istəyənlərin NƏZƏRİNƏ




Dövlət İmtahan Mərkəzi (DİM) hakim vəzifəsinə qəbul olmaq istəyən namizədlərin yazılı imtahan mərhələsini keçirəcək.

Bu barədə DİM məlumat yayıb.

Bildirilib ki, hakim vəzifəsinə namizədlərlə yazılı imtahan mərhələsi də kompüterlər vasitəsilə DİM-in elektron imtahanlar korpusunda keçiriləcək.

İmtahanda iştirak etmək üçün 173 nəfər qeydiyyatdan keçib. İmtahan saat 11:00-da başlanır və 4 saat davam edəcək.

Namizədlər imtahana gələrkən şəxsiyyətini təsdiq edən sənədin əslini və "İmtahana buraxılış vərəqəsi"ni mütləq gətirməlidir.

Göstərilən sənədlərdən hər hansı biri olmadıqda və ya sənədlər arasında uyğunsuzluq olduqda namizəd imtahana buraxılmayacaq. Namizədlər imtahanın başlanmasına ən az 1 saat qalmış imtahan binasının qarşısında olmalıdırlar.

Sizinxeber.az

Oxşar xəbərlər

Hakimliyə namizədlərlə yazılı imtahan keçiriləcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Hakim vəzifəsinə qəbul üçün tеst imtаhаnı keçirilib - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bu gün hərbi liseylərə qəbul imtahanı keçiriləcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Aqrar sığorta üzrə ekspert sertifikatı almaq istəyənlər imtahan verəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Doktorantura və dissertantura səviyyəsində danışıq bloku üzrə imtahan keçiriləcək [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər