Doktorantura və dissertantura səviyyəsində danışıq bloku üzrə imtahan keçiriləcək
Dövlət İmtahan Mərkəzi doktorantura və dissertantura səviyyəsində xarici dil fənnindən danışıq bloku üzrə imtahan verəcək şəxslərə müraciət edib.
DİM-dən APA-ya verilən xəbərə görə, danışıq bloku üzrə imtahan 4 mart 2024-cü il tarixində keçiriləcək. Danışıq bloku üzrə qiymətləndirmə şifahi formada kompüter proqramı vasitəsilə həyata keçiriləcək.
İştirakçılar “İmtahana buraxılış vərəqəsi”ni bu linkdən çap edə bilərlər:
İştirakçılar imtahana gələrkən şəxsiyyətini təsdiq edən sənədin əslini və “İmtahana buraxılış vərəqəsi”ni mütləq gətirməlidirlər.
Göstərilən sənədlərdən hər hansı biri olmazsa və ya sənədlər arasında uyğunsuzluq olarsa, iştirakçı imtahana buraxılmayacaq.
İştirakçılar kompüter proqramının “Demo” versiyası ilə aşağıdakı linkdən tanış ola bilərlər:
https://xaricidil.dim-webinar.info/
İştirakçılara danışıq bloku üzrə ümumi məlumat və imtahan qaydaları ilə yaxından tanış olmaq tövsiyə olunur.
Oxşar xəbərlər
DİM magistratura imtahanında iştirak edəcək bakalavrlara müraciət edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Abşeron prokurorluğunda “Açıq qapı günü” keçirilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
“AZERCELL CUP” qaliblərinin mükafatlandırma tədbiri keçirilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
COP29 Təşkilat Komitəsinin tərkibindəki QHT-lərlə və ekspertlərlə görüş keçirilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Yuxarı dövlət orqanı olmayan yoxlayıcı orqanların siyahısı təsdiqlənib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












