GL Group Azərbaycanda quruda ilk horizontal quyunun qazılmasına start verib
GL Group Azərbaycan tarixində ilk dəfə quruda horizontal quyunun qazılmasını nəzərdə tutan özəl qazma proqramına rəsmi olaraq start verib.
Sizinxeber.az xəbər verir ki, qrupun afilə şirkəti olan Salyan Oil Limited-in Kürsəngi və Qarabağlı yataqlarının dərin qatlarında həyata keçirdiyi bu proqrama 4.000 metrlik vertikal quyunun, 5.000 metrlik dərin vertikal quyunun və horizontal hissəsi ən azı 400 metr olacaq 4.400 metrlik horizontal quyunun qazılması daxildir.
Qazma proqramı Kürsəngi və Qarabağlı yataqlarındakı qazma işlərindəki 14 illik fasiləyə son qoymaqla yanaşı, həm də müasir innovativ texnologiyalardan yararlanaraq hasilatı qaldırmaq üçün strateji fürsətdir.
Bu məqsədlərə çatmaq üçün GL Group tanınmış beynəlxalq və yerli sənaye ekspertlərini proqrama cəlb edərək eyni zamanda lokal və qlobal podratçı təşkilatlarla strateji əməkdaşlığı təmin edib. Bu, dünyanın ən qabaqcıl təcrübələrinin proqramın hər bir mərhələsində tətbiqinə, məhsuldarlığın yüksəldilməsinə, əməliyyatların səmərəliliyinin artırılmasına və mümkün risklərin azaldılmasına imkan verəcəkdir.
“GL Group” haqqında:
“GL Group” Azərbaycanın Salyan rayonunda “Kürsəngi” və “Qarabağlı”, Abşeron yarımadasında “Buzovna-Maştağa”, “Qala” və “Zirə” də daxil olmaqla beş neft və qaz yatağında əməliyyatlar aparır. Şirkətlər qrupunun portfelinə “Salyan Oil Limited” və “Taghiyev Operating Company” əməliyyat şirkətləri, həmçinin neft-qaz sənayesində texniki xidmətlər göstərən “GL Technical
Services” şirkəti daxildir. GL Group 2024-cü ildə ilk beynəlxalq layihəsinə imza ataraq Türkiyənin Trakya hövzəsində yüksək perspektivli qaz yatağında 100% pay sahibi olan Kanadanın “Gazelle Energy Limited” şirkətinin 25 faiz payını satın alıb. GL Group və onun strateji təşəbbüsləri haqqında ətraflı məlumatı www.gl.world saytından əldə edə bilərsiniz.
Oxşar xəbərlər
ACE platformasında bu il qazılacaq quyuların sayı açıqlanıb
AÇG-də bu il 19 quyu qazılacaq
Azərbaycanın şirkətlər qrupu GL Group Türkiyədə təbii qazın işlənməsi layihəsində 25% pay alıb
SOCAR AQŞ Türkiyədə yeni qazma müqaviləsi imzaladı
Dünyada qazma qurğularının sayı azalıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Gecikənlər DİM-in açıqlamasını yalanladı - İmtahan qalmaqalı
-
Pentaqon Aya uçan ilk astronavtlardan birinin UNO ilə bağlı ifadələrini yayıb - FOTO
-
“Hizbullah” son bir ayda 48 İsrail tankını sıradan çıxardığını iddia edib
-
Anaklaudia Rossbax: Bakıdakı WUF13 UN-Habitat tarixində ən böyük forum olub
-
Daha bir itkin-şəhid dəfn ediləcək
-
Nazir: Qırğızıstan zəlzələyədavamlı tikinti sahəsində Bakının təcrübəsini öyrənməkdə maraqlıdır - EKSKLÜZİV
