Estetik əməliyyat zamanı canlı yayım açan cərrahla bağlı araşdırma başlayıb
Üzgərmə əməliyyatında canlı yayım açan cərrahla bağlı araşdırma başlayıb.
Bu barədə APA-nın sorğusuna cavab olaraq Analitik Ekspertiza Mərkəzindən məlumat verilib.
"Bu məsələ ilə bağlı məlumatlıyıq. Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzində hadisənin araşdırılması məqsədi ilə artıq işçi qrupu yaradılıb.
Məsələ ciddi araşdırılacaq və ehtiyac yarandığı halda plandankənar yoxlamanın açılması barədə qərar qəbul ediləcək. Araşdırmanın nəticəsi barədə ictimaiyyətə məlumat veriləcək",- məlumatda deyilib.
Qeyd edək ki, sosial mediada "Tuana estetic centre" klinikasında Esmira adlı cərrahın üzgərmə əməliyyatı zamanı xəstənin dərisini əlində tutub, canlı yayım açdığı haqda video görüntülər yayılıb.
Oxşar xəbərlər
Əməliyyat zamanı TikTokda canlı yayım açan cərraha xəbərdarlıq edilib
“TikTok”da canlı yayım açaraq qayda pozuntusu edən sürücülərlə bağlı RƏSMİ AÇIQLAMA - VİDEO
Qalmaqallı klinikada yenidən yoxlama aparıldı - RƏSMİ AÇIQLAMA
Qanunsuz çalışan plastik cərrahlarla bağlı araşdırma aparılıb, 14 müəssisə cərimələnib
Estetik cərrah Natəvan Əmirovanın sertifikatsız çalışdığı məlum olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













