Qanunsuz ov edən 8 əcnəbi və 67 yerli vətəndaş 82 min manat cərimələnib
sizinxeber.az xəbər saytı

Qanunsuz ov edən 8 əcnəbi və 67 yerli vətəndaş 82 min manat cərimələnib


Qanunsuz ov hallarının qarşısının alınması ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik və Bioloji Müxtəlifliyin Qorunması Xidmətləri tərəfindən yanvar-fevral ayları ərzində nəzarət tədbirləri keçirilib.

Bu barədə APA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib.

Nəzarət tədbirləri zamanı Bakı şəhəri Pirallahı, Qaradağ, Suraxanı rayonlarının, Sumqayıt şəhəri Hacı Zeynalabdin Tağıyev, Abşeron rayonu Məmmədli, Xızı rayonu Yaşma, Neftçala rayonu Dördlər, Qağalı, Şirvanlı, Xaçmaz rayonu Tikanoba, Niyazoba, Xəzərli, İmişli rayonu Məmmədli, İsmayıllı rayonu Ağbulaq, Sabirabad və Şəmkir rayonları ərazisində, həmçinin Mahmudçala, Zəvvar, Qırmızıkənd, Varvara, Sarısu ovçuluq təsərrüfatlarında ov qaydalarının pozulması faktları aşkar edilib.

Faktlarla bağlı akt, protokol tərtib edilərək ov qaydalarını pozan 67 yerli və 8 xarici ölkə vətəndaşı ümumilikdə 82000 manat məbləğində cərimə olunub.

Oxşar xəbərlər

Yaşıllıqların qanunsuz kəsilməsi faktları aşkarlanıb, 381 min manat ziyan dəydiyi müəyyən edilib
Ölkə ərazisində qanunsuz yolla ağac kömürü istehsal edilən 43 kömür quyusu aşkar olunub
Xəzər dənizinin Xaçmaz rayonu sahilində suiti cəsədləri aşkar olunub
Qanunsuz kömür istehsal edənlər cəzalandırıldı
Biləsuvarda qanunsuz ov edən əcnəbilər saxlanılıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər