

Ölkə ərazisində qanunsuz yolla ağac kömürü istehsal edilən 43 kömür quyusu aşkar olunub
Ölkə ərazisində qanunsuz kömür istehsalının qarşısının alınması məqsədilə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Göygöl, Qax, Şəki, Quba, Qəbələ, İsmayıllı, Oğuz və Astara rayonlarında qanunsuz yolla ağac kömürü istehsal edilən 43 kömür quyusu aşkar olunub.
APA xəbər verir ki, bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin məlumat yayıb.
Araşdırma zamanı Göygöl rayonu Çaykənd, Zurnabad, Toğanalı, Qax rayonu Çüdüllü, Turaclı, Şotavar, Şəki rayonu Baş Şabalıd, Aşağı Göynük, Quba rayonu Tülər, Rustov, Gültəpə, Bad, Qəbələ rayonu Pirəlli, Yengicə, Vəndam, Nic, İsmayıllı rayonu Şəbiyan, Oğuz rayonu Bucaq və Müc, Astara rayonu Lomin kənd və qəsəbələri ərazisində qanunsuz kömür istehsal edən şəxslər müəyyən olunub və barələrində akt, protokol tərtib edilərək ümumilikdə 12900 manat məbləğində cərimə tətbiq olunub. Kömür quyuları ləğv edilib.
Oxşar xəbərlər
Qanunsuz kömür istehsal edənlər cəzalandırıldı
Üç rayonda qanunsuz kömür quyuları aşkarlanıb
Biləsuvarda qanunsuz ov edən əcnəbilər saxlanılıb
Yaşıllıqların qanunsuz kəsilməsi faktları aşkarlanıb, 381 min manat ziyan dəydiyi müəyyən edilib
Xəzər dənizinin Xaçmaz rayonu sahilində suiti cəsədləri aşkar olunub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Fox News Kiyevi Rusiya şəhəri adlandırıb: XİN reaksiya verir
-
WSJ: Tramp strategiyasında köklü dəyişikliklər edib
-
Uitkoff Romada ABŞ – İran danışıqlarından sonra Qrossi ilə görüşüb
-
İsrailin XİN başçısı: İranla nüvə silahı məsələsinin diplomatik həllinə hazırıq
-
ABŞ husilərin Sənadakı mövqelərinə 21 zərbə endirib
-
Çində ilk 10G genişzolaqlı şəbəkə istifadəyə verildi
