İnam Kərimov: 60-dək hakim yuxarı instansiya məhkəmələrinə irəli çəkilib
Məhkəmə-Hüquq Şurası ölkədə ədalət mühakiməsinin keyfiyyətinin yüksəldilməsi məqsədi ilə hakim korpusunun yeni nəsil gənc hüquqşünaslarla komplektləşdirilməsinin əhəmiyyəti nəzərə alınaraq, ilk növbədə hakimliyə namizədlərin seçim prosedurunu təkmilləşdirməklə, bu prosesin daha çevik xarakter almasına nail olunub.
Sizinxeber.az xəbər verir ki, bu sözləri Ali Məhkəmənin sədri İnam Kərimov bildirib.
O qeyd edib ki, görülmüş tədbirlər nəticəsində ötən qısa müddət ərzində 140-a yaxın hakimliyə namizəd seçilərək müxtəlif birinci instansiya məhkəmələrinə təyinat alıb. Bu da hakim korpusunun say tərkibinin ilk dəfə olaraq ən yüksək həddə - 628 nəfərə çatdırılmasına imkan verib:
“O da nəzərə alınmalıdır ki, hazırda 330-dan çox namizəd seçim prosesinin müxtəlif mərhələsindədir. Namizədlərin təyinat yerini topladıqları bala uyğun özlərinin seçmələri isə bu sahədə şəffaflığın və obyektivliyin, eləcə də ictimai inamın artırılmasında mühüm rol oynayıb. Bu istiqamətdə aparılmış işlər yuxarı instansiya məhkəmələrində mövcud vakansiyaların peşəkar kadrlarla komplektləşdirilməsinə də imkan verib.
Bu çərçivədə 60-dək təcrübəli hakim yuxarı instansiya məhkəmələrinə irəli çəkilib”.
Oxşar xəbərlər
Hakimliyə namizədlər üçün tədris mərhələsinə başlanır
Azərbaycanla Gürcüstan arasında hüquqi əməkdaşlıq müzakirə olunub
Ali Məhkəmənin hakimi Əziz Seyidov təqaüdə göndərilib
İnam Kərimov: Azərbaycanda qanunvericilik bazası əsaslı şəkildə yenilənir
Hakimlərin seçilməsi üç mərhələdən ibarət olacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Rusiya ordusu Kiyevə ballistik raketlə hücum edib
-
Dünya Bankı Ukraynaya 3,4 milyard dollar ayıracaq
-
AŞPA siyasi sifarişlərin həyata keçirildiyi məkana çevrilib - RƏY
-
Şənbə günü leysan yağacaq, güclü külək əsəcək
-
Vinçentso Montella: "Bu qələbəni qazanmaq çox vacib idi"
-
DÇ-2026: Kurasao - Fildişi Sahili oyununda ilk qol vurulub - YENİLƏNİR
