Ali Məhkəmənin hakimi Əziz Seyidov təqaüdə göndərilib
Noyabrın 1-də Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının hakimi Əziz Seyidovun təqaüdə yola salınması münasibətilə tədbir keçirilib.
APA xəbər verir ki, bu barədə Ali Məhkəmədən bildirilib. Tədbirdə çıxış edən Ali Məhkəmənin və Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov Əziz Seyidovun uzun illər prokurorluq orqanlarında və Ali Məhkəmədə səmərəli fəaliyyətindən danışaraq ona gələcək işlərində uğurlar arzu edib.
Əziz Seyidov da öz növbəsində Ali Məhkəmədə işlədiyi dövrlə bağlı xoş təəssüratlarını bölüşərək, ona göstərilən diqqət və qayğıya görə təşəkkür edib.
Sonda təqaüdə yola salınan hakim Əziz Seyidov Məhkəmə-Hüquq Şurası adından fəxri döş nişanı təqdim olunub.
Oxşar xəbərlər
Ali Məhkəmənin hakimi təqaüdə göndərilib
Üç prokurorluq işçisi təqaüdə göndərilib
Türkiyə Ali Məhkəməsinin sədri ilə görüş keçirilib
Məhkəmə 100 min manatlıq dələduzluqla bağlı bəraət alan ər-arvadın işi üzrə qərar verib
Türkiyə Ali Məhkəməsinin Baş prokuroru ilə görüş keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













