Hava ilə bağlı sürücülərə və piyadalara müraciət olunub
sizinxeber.az xəbər saytı

Hava ilə bağlı sürücülərə və piyadalara müraciət olunub


Ötən gündən başlayaraq yağan qar paytaxtın küçə və prospektlərində, eləcə də respublika əhəmiyyətli avtomobil yollarında yenidən bir sıra çətinliklər yaradıb.

APA xəbər verir ki, bu barədə DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin müraciətində deyilir.

Yollarda avtomobillərin sürüşmə ehtimalı

DYP-dən bildirilib ki, hazırda intensiv yağan qarın axşama doğru donması proqnozlaşdırılır, bu da yollarda avtomobillərin sürüşmə ehtimalını dəfələrlə artırır.

Səfərləri nə vaxt etmək tövsiyə olunur?

Baş Dövlət Yol Polisi İdarəsi ehtimal olunan təhlükələri nəzərə alaraq, bir daha sürücülərdən səfərlərini mümkün qədər günün işıqlı vaxtına planlaşdırmağı, zəruri ehtiyyat tədbirləri görməyi, qış mövsümünə uyğun təchiz edilməmiş nəqliyyat vasitələri ilə yola çıxmamağı, təcrübəsiz sürücülərdən sükan arxasına əyləşməməyi xahiş edir.

Piyadalar üçün təhlükələr

Bundan başqa, qeyd olunub ki, səkilərin qardan təmizlənmədiyini əsas gətirərək avtomobil yoluna çıxan piyadalardan isə özlərini və digər hərəkət iştirakçılarını təhlükəyə atmamaq, qarlı, buzlu yolda sürücülərə əlavə çətinliklər yaratmamaq, təhlükəsizlik qaydalarına qeyd-şərtsiz əməl etmək tələb olunur.

Oxşar xəbərlər

Yol polisi xəbərdarlıq edib
DYP qarın yollarda yarada biləcəyi fəsadlarla bağlı xəbərdarlıq edib
Yol polisi hava şəraiti ilə əlaqədar sürücülərə müraciət edib
Yol polisi: Qeyri-sabit hava ilə bağlı yollarda qabaqlayıcı tədbirlər davam etdirilir
DYP əlverişsiz hava ilə bağlı sürücülərə müraciət edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər