Birinci Qarabağ müharibəsində itkin düşmüş hərbçinin qalıqları Yevlax Şəhidlər xiyabanında dəfn edilib - FOTO
sizinxeber.az xəbər saytı

Birinci Qarabağ müharibəsində itkin düşmüş hərbçinin qalıqları Yevlax Şəhidlər xiyabanında dəfn edilib - FOTO


Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən Tərlan Məmmədovun nəşinin qalıqları ailəsinə təhvil verilib.

Sizinxeber.az xəbər verir ki, şəhidlə vida mərasimi keçirilib.

Mərasimdə şəhidin doğmaları, müharibə iştirakçıları, ictimaiyyət nümayəndələri və rayon sakinləri iştirak edib.

Şəhid hərbçi Tərlan Məmmədovun nəşinin qalıqları Yevlax şəhər Şəhidlər xiyabanında torpağa tapşırılıb.
Hərbi orkestr Dövlət himnini səsləndirib, yaylım atəşi açılıb.

Qeyd edək ki, Tərlan Fikrət oğlu Məmmədov 1975-ci ildə Yevlax rayon Aran qəsəbəsində doğulub. O, Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndi uğrunda gedən döyüşlərdə itkin düşmüş hesab olunub.

Oxşar xəbərlər

Birinci Qarabağ müharibəsində itkin düşmüş hərbçinin qalıqları Yevlax Şəhidlər xiyabanında dəfn edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Nəşinin qalıqları 32 il sonra Daşaltıda tapılan şəhid Salyanda dəfn edilib - FOTO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Birinci Qarabağ müharibəsində Kəlbəcərdə itkin düşən Möhübbət Mustafayevin qalıqları dəfn olunub - FOTO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Birinci Qarabağ müharibəsində şəhid olan Cahangir Səfərovun qalıqları Ağdamda dəfn edilib - FOTO - FOTO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Birinci Qarabağ müharibəsində itkin düşən Hidayət Qarayevin qalıqları Şuşada dəfn olunub - FOTO [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər