Yanvarın 20-də gözlənilən hava açıqlanıb
Yanvarın 20-nə gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən APA-ya verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında Yanvarın 20-də saat 7:00-11:00 radələrində arabir yağış yağacağı, tədricən kəsiləcəyi gözlənilir.
Şimal-qərb küləyi 8-13 m/s, arabir 15-18 m/s.
Havanın temperaturu 3-6° isti olacaq.
Saat 11:00-14:00 radələrində:dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Şimal-qərb küləyi 8-13 m/s, arabir 15 m/s.
Havanın temperaturu 5-7° isti olacaq.
Saat 14:00-17:00 radələrində:
Dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Lakin 17:00 radələrində az çiskinli olacağı ehtimalı var.
Şimal-qərb küləyi 8-13 m/s.
Havanın temperaturu 6-8° isti olacaq.
Saat 18:00-22:00 radələrində:
Dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Şimal-şərqb küləyi 5-10 m/s.
Havanın temperaturu 5°-dək isti olacaq.
Qeyd: hər gün bir daha dəqiqləşdirilmiş məlumat təqdim olunacaqdır.
Oxşar xəbərlər
Bayram tətili günlərində gözlənilən hava proqnozu açıqlanıb
Sabah hava dəyişkən buludlu olacaq - PROQNOZ
Sabah hava arabir tutulacaq, gecə və səhər bəzi yerlərdə çiskinli olacaq
31 dekabr-2 yanvarda ölkə ərazisində gözlənilən ilkin hava proqnozu açıqlanıb
Sabah arabir yağış yağacaq, külək əsəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













