

Ermənistanın ətraf mühiti zəhərləyən dağ-mədən fəaliyyətini ifşa edən rəqəmsal xəritə hazırlanır
Ermənistanın ətraf mühiti zəhərləyən dağ-mədən fəaliyyətini ifşa edən rəqəmsal xəritə hazırlanır.
Sizinxeber.az xəbər verir ki, Ermənistanın Cənubi Qafqazın ekologiyasını zəhərləyən dağ-mədən sənayesi fəaliyyəti əleyhinə mübarizəyə qalxan QHT-ləri birləşdirən “Environmental Protection First” Koalisiyası 2024-cü ildə azərbaycan, ingilis və erməni dillərində tərtib etdiyi “Ermənistan Respublikasının mineral xammal resursları” adlı xəritənin bazasında yeni rəqəmsal xəritə işləyir.
Bu barədə Koalisiyaya üzv “Azərbaycan Kartoqrafları” İctimai Birliyinin sədri Müqabil Bayramov açıqlama verib.
Onun sözlərinə görə, rəqəmsal xəritədə faydalı qazıntıların növləri, yerləşdiyi ərazi, əsas çirkləndiricilər olan mineral-xammal müəssisələri, onun istismarını aparan şirkətlər, əsas çirkləndiricilər, ətraf mühitə təsir haqqında məlumat, müəssisələrin yerləşmə yerləri, kosmik şəkillər öz əksini tapacaq: “Xəritə “WGS-84” koordinat sistemində, altlığı isə kosmik və topoqrafik görüntülü olacaq. Yaxın vaxtlarda ictimaiyyətə təqdim edəcəyik”.
M.Bayramov Ermənistandan törətdiyi ekoloji cinayətlərə görə cavab istəyib: “Koalisiya üzvlərimiz fəal işləyir, bir gün də olsun, dayanmamışıq. Biz Ermənistan ictimaiyyətindən gizlədilən həqiqətləri də açmışıq. Daxil olan siqnallar göstərir ki, Ermənistanda ötən il internetə yerləşdirdiyimiz erməni dilində “Ermənistan Respublikasının mineral xammal resursları” adlı xəritə hər yerdən yığışdırılır. Baş verən ekoloji cinayətləri dayandırmaq, faktlara cavab vermək əvəzinə, Ermənistan hakimiyyəti faktları ört-basdır etməyə çalışır, daxildə etiraz edənlərə dərhal “satqın”, “Azərbaycana işləyənlər” damğası vurur. Ermənistanın ixtiyarı yoxdur ki, bütün bölgəni heç bir ekoloji norma və standartlar gözlənilmədən zəhərləsin”.
Xatırladaq ki, “Environmental Protection First” Koalisiyası Ermənistanda dağ-mədən müəssisələrində beynəlxalq qurumlarla birgə ekoloji monitorinqlər keçirməyə şərait yaradılmasını tələb edir. 2023-cü ildən bu barədə dəfələrlə Ermənistanın baş naziri Nikol Paşinyana müraciətlər edilsə də, Paşinyan Azərbaycan vətəndaş cəmiyyətinin tələblərinə hələ də cavab verməkdən yayınır.
Oxşar xəbərlər
“Environmental protection first”: Ermənistan Orxus və Espo konvensiyalarının tələblərini pozmağa davam edir
COP29 çərçivəsində Ermənistanın dağ-mədən sənayesinin Cənubi Qafqazın ekologiyasını zəhərləməsi barədə müzakirə keçirilir
“Environmental protection first": Ermənistanda ekologiyaya zərər vuran şirkətlərin beynəlxalq tərəfdaşları var
Koalisiya: Ermənistanda fəaliyyət göstərən mədən şirkətlərinin şəffaflığı aşağı səviyyədədir
"Environmental protection first": Ermənistan bir sıra konvensiyaların tələblərini ciddi şəkildə pozmaqda davam edir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Laçın Beynəlxalq Hava Limanının açılış mərasimi keçirilir
-
Ərdoğan: Türkiyə Pakistan və Hindistan arasında atəşkəsi alqışlayır
-
150 çarpayılıq xəstəxananın yaxın gələcəkdə Laçında tikintisi planlaşdırılır
-
Türkiyə Prezidenti Azərbaycana səfərə yola düşüb
-
Prezident: Azərbaycan dövləti və xalqı bu işğalla heç vaxt barışmayıb, biz güc toplayırdıq
-
Ərdoğan: İlham Əliyevin sülhün də memarı olaraq adını tarixə yazdıracağına inanırıq
