TƏBİB Qazaxda qadının dərmandan zəhərlənməsinə münasibət bildirib - YENİLƏNİB
Qazaxda qadının dərmandan zəhərlənməsinə TƏBIB-dən açıqlama verilib.
TƏBIB-dən Sizinxeber.az-nın sorğusuna cavab olaraq bildirilib ki, 12.01.2025-ci il tarixində saat 16:30 radələrində 2000-cil təvvəlüdlü şəxsin (qadın cinsli) gəmiricilər əleyhinə kimyəvi dərman zəhərlənməsi şübhəsilə Qazax Rayon Mərkəzi Xəstəxanasının Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə çağırış daxil olub.
Dərhal çağırış ünvanına briqada cəlb olunub.
Lakin Qazax Rayon Mərkəzi Xəstəxanasının Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə hospitalizasiya olunarkən şəxsin ölüm faktı qeydə alınıb.
***
19:27
Qazaxda gənc qadın dərmandan zəhərlənərək ölüb.
Sizinxeber.az-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Daş Salahlı kəndində qeydə alınıb.
Belə ki 25 yaşlı A.Əliyeva siçan dərmanından zəhərlənib. Gənc qadın xəstəxanaya aparılsa da onu xilas etmək mümkün olmayıb.
A.Əliyevanın necə zəhərlənməsi hələlik məlum deyil. Hadisə yerinə adiyyatı qurumların əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Qazaxda 25 yaşlı qadın dərmandan zəhərlənərək ölüb
Göygöldə 4 nəfər dərmandan zəhərlənib, 10 yaşlı uşaq ölüb - YENİLƏNİB-1
Xaçmazda göbələkdən zəhərlənən 2 qadın vəfat edib - YENİLƏNİB
Masallıda 30 yaşlı qadının ölümü ilə bağlı Rayon Prokurorluğunda araşdırma başlayıb - YENİLƏNİB
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
12 yaşlı Əfsanənin qətlində ŞOK DETALLAR: Şübhəli bilinən bacısı polisi necə aldadıb? - VİDEO
-
KİV: Tramp İrana zərbələri dayandırmaq barədə göstəriş verdi
-
Xəzərdə batan şəxs müstəntiq imiş
-
Husilər Yəməndə “Bayraqdar” vurdular
-
ABŞ hərbçiləri Ərəb dənizində tankeri yoxlayıblar
-
Rumıniya Rusiyanın daha bir PUA-sını vurdu
