Ağdam Sənaye Parkında istehsal edilən məhsullar Özbəkistan, Qazaxıstan və BƏƏ-yə ixrac edilir
"“Bafco Invest” olaraq fəaliyyətə başladığımız ilk gündən etibarən istehsal etdiyimiz məhsulların müəyyən hissəsini ixrac etməyi hədəfləmişdik. Artıq fabrikin açılışından bir neçə ay keçməsinə baxmayaraq, məhsullarımızı Özbəkistan, Qazaxıstan və Birləşmiş Ərəb Əmirliklərinə ixrac edirik. Bu ilin noyabr ayında Almaniyada baş tutacaq böyük sərgiyə qeydiyyatdan keçmişik və orada iştirakımızı səbirsizliklə gözləyirik".
Sizinxeber.az xəbər verir ki, bunu Ağdam Sənaye Parkında fəaliyyət göstərən “Bafco Invest” fabrikinin istehsal üzrə müavini Musa Alızadə deyib.
O qeyd edib ki, məhsulları beynəlxalq EN ISO 20345 və EN ISO 20347 sertifikatlarına malikdir ki, bu da məhsulların Avropa bazarına çıxışını təmin edir: “Hazırda bir sıra MDB və Avropa ölkələrinin şirkətləri ilə danışıqlar aparırıq, və artıq bir neçə ölkəyə məhsullarımızı göndərmişik. Avropada İspaniya, Çexiya və Almaniya bazarlarında məhsullarımıza böyük maraq müşahidə olunur.
Fabrikə 12 milyon manat sərmayə yatırılıb və istehsal prosesində Almaniyanın “Desma” avadanlıqlarından istifadə olunur. Hazırda istehsal gücümüz xüsusi təyinatlı ayaqqabılar üzrə ildə 360 min cüt, poliuretan çəkmələr üzrə isə 150 min cütdür. Fabrikimizdə çalışan 70 işçinin 50-si Ağdam və ətraf rayonlardan olan insanlardır. İki növbəli iş rejiminə keçmişik və 2025-ci ilin ortalarına qədər işçi sayını 100 nəfərə çatdırmağı planlaşdırırıq”.
Qeyd olunub ki, “Bafco Invest”in istehsal etdiyi uzunboğaz çəkmələr yüksək keyfiyyətli poliuretandan hazırlanıb və 100% suya davamlı, aşınmaya, çoxsaylı qatlamaya dözümlü teksturaya malikdir.
“Bafco Invest” xüsusi işçi ayaqqabıları isə üst hissəsi təbii dəridən, alt hissəsi ikiqat poliuretandan hazırlanıb. Müəyyən ayaqqabı modelləri ağır şəraitli işlər üçün xüsusi polad ucluq və polad altlıqlarla təchiz olunub, bu da ayaqları müxtəlif zərbələrdən və zədələrdən qoruyur.
Oxşar xəbərlər
Ağdam Sənaye Parkında istehsal edilən məhsulların istifadəsinə başlanılıb
Azərbaycan 2030-cu il üçün 7 Gwt yaşıl enerji istehsal edəcək
Ağdam Sənaye Parkında fəaliyyətə başlayan “Prof-Dam” MMC-də 40-dək iş yeri açılacaq
Ağdam Sənaye Parkında yeni istehsal sahəsi yaradılır
“Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında təməli qoyulan sənaye müəssisələri 2025-ci ildə fəaliyyətə başlayacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasından 14 il ötür
-
Avropadan “Qarabağ”a 3 milyon avroluq təklif gəldi
-
Prezident: "Bu gün Azərbaycan həm Şərqdə, həm də Qərbdə ehtiyac duyulan ölkədir"
-
Prezident İlham Əliyev: "Yeni dünya nizamı "kim güclüdür, o da haqlıdır" anlamına gəlməməlidir"
-
İlham Əliyev: ABŞ-nin Vitse-prezidentinin səfəri çox mühüm idi
-
İlham Əliyev: "Biz daimi olacağına ümid etdiyimiz sülh dövrünə qədəm qoymuşuq"












