Ağdam Sənaye Parkında fəaliyyətə başlayan “Prof-Dam” MMC-də 40-dək iş yeri açılacaq
Ağdam Sənaye Parkında fəaliyyətə başlayan “Prof-Dam” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) dam örtükləri istehsalı zavodu ildə 1.4 milyon kvadratmetr profilli təbəqələrin, 1 milyon kvadratmetr metalkirəmit lövhələrin, 1 milyon kvadratmetr sendviç panellərin, habelə 2 min ton dam aksesuarı istehsalı gücünə malikdir.
Sizinxeber.az xəbər verir ki, bunu jurnalistlərə müsahibəsində “Prof-Dam” MMC-nin direktoru Arif Ataşov deyib.
İstehsal olunan məhsulların 90 faizi yerli bazar, 10 faizi isə xarici bazar üçün nəzərdə tutulub.
O, qeyd edib ki, “Prof-Dam” MMC 2022-ci ilin aprelində Ağdam Sənaye Parkının rezidenti kimi qeydiyyata alınıb. İki hektar ərazidə yaradılan müəssisədə məhsul buraxılışı İtaliya, Finlandiya, Türkiyə, Rusiya və Çin istehsalı olan soyuq metalşəkilləmə texnologiyalarının tətbiqi ilə həyata keçiriləcək.
Bundan başqa, investisiya dəyəri 8,5 milyon manat olan müəssisədə 40-dək iş yeri yaradılacaq. İşçilərin Ağdamdan və ətraf rayonlardan cəlb edilməsi planlaşdırılır.
Oxşar xəbərlər
Ağdamda yaradılan "Mister Decor” Cənubi Qafqazda divar kağızlarının istehsalı üzrə ixtisaslaşmış ilk zavoddur - FOTO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ağdam Sənaye Parkına media-tur təşkil olunub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ağdam Sənaye Parkına media-tur təşkil olunub - FOTO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ağdam Sənaye Parkında yeni istehsal sahəsi yaradılır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ağdam Sənaye Parkında led işıqların istehsalı müəssisəsi yaradılır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













