sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Aktau yaxınlığında qəzaya uğrayan təyyarənin son tam texniki yoxlanışı bu ilin oktyabrında aparılıb
AZAL-ın Aktau yaxınlığında qəzaya uğrayan 4K-AZ65 qeydiyyat nömrəli “Embraer 190” təyyarəsi 2013-cü ildə istehsal edilib.
Bu barədə APA-nın sorğusuna cavab olaraq AZAL-dan bildirilib.
Məlumatda qeyd olunub: “İstehsalçının seriya nömrəsi: 19000630. Hava gəmisinin ümumi eniş sayı 9949, ümumi uçuş müddəti isə 15257,22 saat təşkil edir. Hava gəmisinin son tam texniki yoxlanışı 2024-cü il oktyabrın 18-də aparılıb. Son yoxlamadan sonra 671 uçuş saatı keçib.
Təyyarəni idarə edən və böyük təcrübəyə malik olan hava gəmisinin kapitanı İqor Kşnyakin 15 min saatdan çox uçuş həyata keçirib ki, onlardan təxminən 11 200 saatını kapitan qismində olub.
Oxşar xəbərlər
Qəzaya uğrayan Azərbaycan təyyarəsində iki çeçenistanlı uşaq olub
Qazaxıstanda AZAL-ın qəzaya uğrayan təyyarəsində sağ qalan sərnişin baş verənləri DANIŞDI
AZAL-ın təyyarəsində olan hər üç Qırğızıstan vətəndaşı sağ qalıb
AZAL-ın Aktauda qəzaya uğrayan təyyarəsində 14 nəfər sağ qalıb- YENİLƏNİB-1
AZAL: Qəzaya uğrayan təyyarədə 67 nəfər olub, sərnişinlər arasında uşaq yoxdur, sağ qalanlar var
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin











