sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ! Bunu etsəniz 50 AZN cərimələnə bilərsiniz
Bu barədə Sizinxeber.az-ə mərkəzdən məlumat verilib.
Bildirilib ki, yol-nəqliyyat hadisələrinin baş vermə səbəblərindən biri də nəqliyyat vasitəsinin hərəkəti zamanı sükan arxasında mobil telefondan istifadə etməkdir:
"Bu vəziyyətdə sürücünün diqqəti yayınır və qəza baş vermə riski əhəmiyyətli dərəcədə artır. Təəssüflər olsun ki belə olduğu təqdirdə ölüm və xəsarətlə nəticələnən yol-nəqliyyat hadisələrinin baş verməsi qaçılmaz olur. Təhlükənin miqyasını nəzərə alaraq Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin hazırladığı növbəti maarifləndirici videoçarxı təqdim edirik".
"İnzibati Xətalar Məcəlləsinin 342.6-cı maddəsinə əsasən, nəqliyyat vasitəsinin hərəkəti zamanı sürücünün telefonu əlində saxlamaqla ondan istifadə etməsinə görə 50 manat məbləğində cərimə nəzərdə tutulub", - məlumatda qeyd olunub.
Sizinxeber.az
Oxşar xəbərlər
Zeynəb Xanlarovovanın xidməti avtomobilinə cərimə yazılıb? - İDDİA
Azərbaycan Taekvondo Federasiyasında yeni təyinat olub
Mərdəkan şosesində qəza olub, sıxlıq yaranıb
Lənkəranda maşının nömrələrinə müdaxilə edən qazi saxlanıldı
Sahibsiz itlərin hücumuna məruz qalan azyaşlının vəziyyəti necədir?
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













