Lənkəranda maşının nömrələrinə müdaxilə edən qazi saxlanıldı
Lənkəran Şəhər Rayon Polis Şöbəsinin dövlət yol polisi bölməsinin əməkdaşları şəhər ərazisində xidmət apararkən dövlət nömrə nişanları üzərində olmayan "Xəzər" markalı avtomobilin çoxavazlı səs siqnalından istifadə etdiyi müəyyən olunub.
Sizinxəbər.Az xəbər verir ki,DİN-in mətbuat xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, həmin nəqliyyat vasitəsi saxlanıldıqdan sonra sürücü, Lənkəran rayon sakini Fərid Salayevə qanunvericiliyin tələbləri izah edildiyi zaman o, polisin qanuni tələblərinə tabe olmayaraq ictimai qaydanı nümayişkaranə şəkildə pozan hərəkətlərə yol verib.
Bununla yanaşı sürücünün narkotik vasitədən istifadə etməsinə şübhələr yarandığından onun müvafiq tibbi müayinədən keçməsi təmin olunub.
Müayinənin nəticəsində F.Salayevin narkotik vasitədən istifadə etdiyi üzə çıxıb.
Bundan əlavə, həmin sürücünün məsuliyyətdən yayınmaq üçün nəqliyyat vasitəsinin dövlət nömrə nişanlarına qanunsuz olaraq müdaxilələr etdiyi də məlum olub. Aşkarlanan hallarla bağlı həmin şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə protokol tərtib olunaraq baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə F.Salayev inzibati qaydada həbs edilib.
Qeyd edək ki, F.Salayev Vətən müharibəsində iştirak edib.


Oxşar xəbərlər
Cəlilabadda avtomobil piyadanı vuraraq öldürüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Salyanda yol hərəkəti qaydalarını kobud surətdə pozan sürücü saxlanılıb - FOTO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Qəbələ polisindən əməliyyat: saxlanılanlar var [xfgiven_updateblue][/xfgiven_updateblue]
Yardımlıda dərədən 18 kiloqram narkotik aşkarlanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ələt-Astara yolunun kənarından avtomat tapılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












