Bayram tətilindən sonra məktəblərdə ilk dərs gününün vaxtı açıqlanıb
Azərbaycan Respublikası Nazirlər Kabinetinin “İş və istirahət günlərinin yerlərinin dəyişdirilməsi haqqında” Qərarına əsasən, 5 və 6 günlük iş həftəsi ilə işləyən ümumi təhsil müəssisələrində 28-29 dekabr 2024-cü il tarixində iş günüdür.
Bildiririk ki, 5 günlük iş həftəsi ilə işləyən ümumtəhsil müəssisələrində 28 dekabrda həftənin bazar ertəsi, 29 dekabrda cümə gününün, 6 günlük iş həftəsi ilə işləyən ümumi təhsil müəssisələrində isə 29 dekabrda həftənin bazar ertəsi gününün dərsləri tədris olunacaq.
Qeyd edək ki, 5 günlük iş həftəsi ilə işləyən ümumi təhsil müəssisələrində 6 yanvar, 6 günlük iş həftəsi ilə işləyən ümumtəhsil müəssisələrində isə 4 yanvar 2025-ci il tarixi ilk iş günüdür.
Oxşar xəbərlər
Payız tətilindən sonra altı günlük məktəblərdə noyabrın 23-ü dərs olacaq
Bu gün Azərbaycanda ilk dərs günüdür
Məktəblərdə payız tətilindən sonra ilk dərs gününün vaxtı açıqlanıb
Builki tədris ilində məktəblərdə təhsil alacaq şagirdlərin sayı açıqlanıb
MÜTDA: 71 minə yaxın uşaq məktəbəhazırlıq qrupuna qəbul edilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













