Uşaqlar üzərində qəyyumluq və himayəçilik funksiyalarını həyata keçirəcək orqan müəyyənləşir
sizinxeber.az xəbər saytı

Uşaqlar üzərində qəyyumluq və himayəçilik funksiyalarını həyata keçirəcək orqan müəyyənləşir


Uşaqlar (himayədar ailəyə verilmiş uşaqlar, habelə bu Ailə Məcəlləsinə uyğun olaraq

yerləşdirilənədək - valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar istisna olmaqla) üzərində qəyyumluq və himayəçilik orqanının funksiyalarını Uşaq hüquqlarının müdafiəsi üzrə komissiya həyata keçirəcək.

Sizinxeber.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar haqqında Əsasnamənin təsdiq edilməsi barədə” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, komissiya təhsil müəssisələrində, habelə mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, yetkinlik yaşına çatmayanların işlədikləri müəssisələrdə, təşkilatlarda və idarələrdə onlar arasında tərbiyə işinin təşkilinin monitorinqinin aparılmasını təmin edəcək.

Qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.

Oxşar xəbərlər

Uşaqlar üzərində qəyyumluq və himayəçilik funksiyalarını həyata keçirəcək orqan müəyyənləşib
Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyalar təhsil müəssisələrində monitorinq aparacaq
Valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün yeni güzəşt müəyyənləşir
Borrell Gürcüstanı LGBT təbliğatına qarşı olan qanunu ləğv etməyə çağırıb
Deputat: İki komissiya üzvü ilə yetkinlik yaşına çatmayanların problemlərini həll etmək çətindir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər